Icma.az
close
up
RU
Ultrasəs (USM) müayinəsinə getməzdən öncə bunları bilməlisiniz HAZIRLIQ MƏRHƏLƏSİ

Ultrasəs (USM) müayinəsinə getməzdən öncə bunları bilməlisiniz HAZIRLIQ MƏRHƏLƏSİ

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

 Pasiyentin ultrasəs müayinəsinə (USM) hazırlığı böyük əhəmiyyət kəsb edir, belə ki, bu, alınan təsvirin keyfiyyətinə və nəticə olaraq, müayinənin nəticələrinə təsir göstərə bilər.

USM – müxtəlif orqan və ya oqran sistemlərinin – həm qarın boşluğu, həm də kiçik çanaq orqanları, damarlar və s. müayinəsi üçün tətbiq olunan metodikadır. Lakin bu metod daha çox məhz qarn boşluğu orqanlarının müayinəsində tətbiq edilir.

Qarın boşluğu orqanlarının (qaraciyər, öd kisəsi və dalaq) USM-inə hazırlıq:

Müayinəyə 2-3 gün qalmış şlaksız pəhrizə keçmək, rasiondan bağırsaqda qaz əmələ gətirən qidaları (çiy tərəvəzlər, süd, qara çörək, qazlı sular və s.), habelə, kaloriliyi yüksək olan şirniyyat məhsullarını (pirojna, tort və s.) çıxarmaq tövsiyə edilir.

Mədə-bağırsaq traktı ilə problemi (qəbizlik) olan pasiyentlərə müəyyən müddət ərzində ferment preparatları və enterosorbentlər (məsələn, festal, mezim-forte, aktivləşdirilmiş kömür) qəbul etmək məqsədəuyğundur. Bunlar meteorizmi aradan qaldırmaq üçün tətbiq edilir.

Qarın boşluğunun USM-i acqarına aparılmalıdır (yüngül səhər yeməyi yolver

iləndir).

Əgər dərman vasitələri qəbul edirsinizsə, bu haqda USM həkiminə məlumat verməlisiniz.

Fibro-qastro- və kolonoskopiya, həmçinin mədə-bağırsaq traktının rentgenoloji müayinəsindən sonra USM müayinəsi aparmaq olmaz.

Qadınlarda kiçik çanaq orqanlarının (sidik kisəsi, uşaqlıq, artımlar) USM-inə hazırlıq:

Müayinə sidik kisəsi dolu olarkən aparılmalıdır. Ona görə də prosedurdan 3-4 saat əvvəl sidiyə getmək olmaz , prosedura 1 saat qalmış 1L qazsız su içmək vacibdir.

Transvaginal USM üçün xüsusi hazırlığa ehtiyac yoxdur. Pasiyentin mədə-bağırsaq traktında problem varsa, müayinədən əvvəl təmizləyici imalə olunmalıdır.

Kişilərdə sidik kisəsi və prostatın USM müayinəsinə hazırlıq:

Müayinə sidik kisəsi dolu olarkən aparılmalıdır. Ona görə də prosedurdan 3-4 saat əvvəl sidiyə getmək olmaz, prosedura 1 saat qalmış 1L qazsız su içmək vacibdir.

Prostatın transrektal müayinəsi zamanı təmizləyici imalə etmək vacibdir. 

Süd vəzilərinin USM-inə hazırlıq:

Yaxşı olar ki, süd vəzilərinin müayinəsi menstrual tsiklin ilk 7-10 günündə aparılsın.

Müayinədən  2 gün əvvəl fizioprosedurlar, banka müalicəsi, şüa və kimya terapiyası aparmaq olmaz.

Qalxanvari və tüpürcək vəzilərinin, eləcə də limfa düyünləri və böyrəklərin USM-i:

Bu müayinələr xüsusi hazırlıq tələb etmir.

Mənbə: hekimtap

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see187

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see152

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see149

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see139

Gəncədə maşın aşdı FOTO

30 Noyabr 2025 14:10see138

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see134

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see133

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see133

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see131

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see130

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see129

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see127

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see127

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see125

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see121

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see120

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see120

Rusiya FTX nin Əli Kərimliyə sifarişi: Saleh Rüstəmli vasitəçillik edib

30 Noyabr 2025 14:41see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri