Icma.az
close
up
RU
Rafael Benitesdən Qurban Qurbanova qədər Spartak və başqa varlı klublar məşqçi seçimi edərkən...

Rafael Benitesdən Qurban Qurbanova qədər Spartak və başqa varlı klublar məşqçi seçimi edərkən...

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qurban Qurbanov öz "Qarabağ"ıyla Avropanın adlı-sanlı klublarına çox başağrı olmağı bacarıb bu illər ərzində. "Atletiko" Madridlə həm Bakıda, həm İspaniyada heç-heçələr, "Bayer"ə qarşı möhtəşəm oyunlar, "Nant", "Anderlext" kimi komandalar üzərində qələbələr və s. 

12 il davamlı olaraq təsnifaf mərhələlərindən başlayıb avrokubokların qruplarında (oxu: daha Liqa mərhələsi) oynamaq elə-belə nəticələr deyil. Həm də nəzərə almaq lazımdır ki, "Qarabağ"ın görüşdüyü komandaların böyük əksəriyyəti ondan qat-qat büdcəli, səviyyəli futbolçulardan ibarət kollektivlər olub. Elə onu demək kifayət edər ki, "Qarabağ" 8 il əvvəl Çempionlar Liqasının qrup mərhələsində çıxış edəndə büdcəsinə görə 32 komanda arasında sonuncu idi. 

Əslində, Avropanın aparıcı, hətta ikinci dərəcəli futbol ölkəsinin məşqçisi Qurban Qurbanovun CV-siylə çox yaxşı təkliflər alardı. Amma kiçik futbol ölkələrindən olan məşqçilərə baxış fərqlidir. Bu illər ərzində Qurban Qurbanova qonşu Türkiyə və Rusiyadan müəyyən maraq olub. Amma biz bilirik ki, onun potensialı Niderland, Portuqaliya, hətta İspaniya və Almaniya çempionatlarının ortabablarını çalışdırmağa imkan verir. 

Bizim gözümüz alışıb, bəzən "Qarabağ"ın uğurlarını adiləşmiş kimi də qəbul edirik. Amma Qurban Qurbanovun uzun illər etdiyi kiçik xüsusi təyinatlı dəstənin ordulara qarşı döyüşməsinə bənzər bir hadisə kimidir. Bəzən özündən 20-30 qat büdcəli, dünya səviyyəli futbolçulara malik komandaların qabağına çıxmalı olur. 

Rusiya mətbuatı Qurban Qurbanovu "Spartak" Moskvanı çalışdırmağa əsas namizədlərdən biri kimi göstərib. Əslində, məşqçiləri "əlcək" kimi dəyişməyə adət edən Rusiya klubuna baş qoşan mütəxəssisin ağlı yoxdur. Amma nə yalan deyim, bir azərbaycanlı kimi, həmyerlimiz Qurban bəyin adının namizədlər arasında olmasını bilmək adama xoş gəlir. 

Bu gün xəbərlər yayılıb ki, "Spartak" məşhur ispan mütəxəssis Rafael Beniteslə danışıqlar aparır. Ola bilər ki, seçimlərini onun üzərində saxlasınlar. Benites "Spartak"ı düzəldə biləcək, ya bilməyəcək, artıq başqa mövzudur. Amma bu faktdır ki, belə klublar məşqçi seçərkən, onun hansı futbol ölkəsini təmsil etməsinə, hansı titullar qazanmasına böyük önəm verirlə. Hətta bitmiş məşqçi olsa belə...

Həmid

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://sportal.az
archiveBu xəbər 19 Avqust 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri