Icma.az
close
up
RU
Rafaelə Coşqunun Elgizlə Xoşqədəmə çevrilməyi Xalqı təhqir edən əməliyyat

Rafaelə Coşqunun Elgizlə Xoşqədəmə çevrilməyi Xalqı təhqir edən əməliyyat

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Eminqueyin "Plastik PR Əməliyyatı" adlı yeni yazısını təqdim edir.

Otuz bir yaşıma rəğmən hələ də qarı həyəcanla qarşılayıram. O ki qar başladı yağmağa, tez-tez küçəyə boylanıram, qarın oturub-oturmadığını yoxlayıram, elə ki yerin ağardığını gördüm, uşaq kimi sevinirəm. Yox, küçəyə çıxıb qartopu oynamayacam, mənimki eləcə qar sevincidir. Daha doğrusu, qarın təmizliyinə, işığına, saflığına aşiqəm. Bakının bozluğunu, darıxdırıcı qışını, natəmizliyini təkcə qar ört-basdır edə bilər. Un kimi ələnən bu qar – məncə, məhz ələnən un kimi göründüyünə görə qara bərəkət deyirlər – həm də həyəcanı ölmüş, şıltaqlığı itmiş, üsyanı yatırılmış adamlara ikinci nəfəs verir. Onun gətirdiyi təmiz hava həm də tazə gülüstan bəxş eləyir insanlara. Sürüşən maşınlar, adamlar, qartopu oynayan uşaqlar, qapısının ağzını kürüyənlər və başqaları. Bəlkə də, bir az da bu canlanmanı görmək üçün qarın yağmasına sevinirəm.

Bu möhtəşəmliyin ağuşunda yaşadığım ölkənin həqiqəti də bir ayrı dərddir. Gərək telefonunu söndürəsən, özünü təcrid edəsən bu cəmiyyətdən. Əfsus, mənim işimlə əlaqəli belə bir şansım hələ ki yoxdur. Elə eybəcərliklər var ki, onları gizlətməyə qar da yetməz.
Məsələn, dünən şəbəkə cahilliyinin hay-küylə paylaşdığı bir fraqment kimi.
Qısa məzmun budur ki, “Bu şəhərdə”nin “Plastik əməliyyat” adlı konserti hələ başlamamış səhnənin bir addımlığında məişətvari qırğın düşür. Bir qadın bir qızla bir oğlanın üstünə qışqırır, bir az da coşub qızın saçından tutur, zalda alqış səsləri artır, “qəşəəəy, qəşəəəəy” fitvaları eşidilir. Guyammış qadının üstünə qışqırdığı onun əri, saçını yolduğu qız da ərinin gəzdiyidir. Necə olubsa, təsadüfən bunlar ayrı-ayrılıqda tamaşaya bilet alıblar və qarşılaşıblar.

Şəbəkə cahillərinin bu mövzu ətrafında müzakirələri böyüyür, hərənin ağzından bir avaz gəlir. Biri deyir ki, əgər kişi gəzirsə, deməli, qadını onu qane etməyib. Biri deyir ki, necə olur, bir ailənin iki üzvü - ər və arvad bir-birindən bu qədər xəbərsiz yaşayır?! Necə olur ki, ər və arvad eyni tamaşaya bilet alır, amma bir-birindən xəbərləri olmur?! Və nəhayət, “Bu şəhərdə”dən açıqlama gəlir: bu hadisə konsertin bir parçasıdır, yəni, quramadır.

Madam ki, bu dəxlisiz söhbətin içinə düşmüşəm, detallara varmağımın ziyanı olmaz. Əvvəla, məsələnin pəjmürdəlik tərəfi budur ki, özünü mətbuat adlandıran, hər il Zərdabini hörmətlə anan mətbuatçılarımız bu hadisəni xəbərləşdirib, həqiqi hadisə kimi tirajlayıb.

"Bu Şəhərdə" konsertində gözlənilməz dava: Qadın ərini başqa biri ilə tutdu - VİDEO

Araşdırmamış, məsələnin mahiyyətinə varmamış. İkincisi, videonu izləyəndə guyammış ərini başqa qızla tutan qadının saçyolduya çıxdığı an alqışların, “qəşəəəəy” fitvalarının artması məni narahat elədi. Görəsən, niyə belə oldu? Bu situasiyada kişinin günahı gəzdiyi qızın günahından çox deyilmi? Yəni, saçı yolunası bir nəfər varsa, o da kişi olmalı deyilmi? Ki, həyat yoldaşı ola-ola gəzir, tozur, hətta teatr kimi səviyyəli bir istirahəti gəzdiyi ilə edir. Axı onun həyat yoldaşı bu səviyyəli, mədəni istirahətdən min kreslo uzaq deyil. Hər adama qismət olmur belə həyat yoldaşı ki, tamaşaya baxmağa gedəsən.

Üçüncüsü isə...

Məişətin dibinə düşmüş, illərdir gəlin-qaynana söhbətlərinin içindən çıxmayan bu üçlüyün – Müşfiqin, Rafaelin, Çoşqunun ağlına bundan maraqlı PR gedişi gəlməzdi. Mən bu üçlüyün fəaliyyətini Elgizin, Xoşqədəmin və digərlərinin fəaliyyətindən qəti ayırmıram. Onlar teatrımızın Elgizi, Xoşqədəmi, Zaurlarıdır. Ona görə də baxılırlar. TV-lərdəki məişət qırğınlarının, sadəcə, teatral sifətidir uzun illər davam edən bu layihə. Hoqqaya bax mən ölüm. Gör, teatr, tamaşa nə cür reklam olunur. Və iş orasındadır ki, uğurlu da alınır. Yenə deyirəm, bunlar xalqın alqoritmini yaxşı bilir.

Hə, bax beləcə, ömrümüzdən bilmirəm neçə dəqiqəsə oğurladı bu geydirmə səhnəcik. Daha doğrusu, plastik əməliyyatlı, uğursuz dava.

Yoruluram, vallah.

Hərlənib-fırlanıb hər yazımda eyni nəticəyə gəlirəm bu şəhərdə...

Molladan soruşurlar:

- Molla, rus dilində bilirsən?

Molla cavab verir:

- Bəli.

- Rusca “bura gəl”, necə deyirlər?

- İdi suda.

- Bəs, “o yana get”, necə deyirlər?

Molla gülüb, deyir:

- Paaah, burda çətin nə var ki? Gedərəm o yana, yenə də deyərəm - “idi suda”.

İndi mənim də elədiyim eyni şeydir. Hər yazıda cəmiyyətə o yanda durub “idi suda” deyirəm, bu yanda durub “idi suda” deyirəm, xeyri yoxdur.

Çox heyf, tənqiddən başqa heç nəyə gəlmir bu cəmiyyət...

Yazıçı Rəhim Əliyevin oğluna yüksək vəzifə verildi Həsənağa Turabovun həyat yoldaşı vəfat etdi Məşhur aktyor kariyerasını bitirir?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://kulis.az
archiveBu xəbər 24 Fevral 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri