Icma.az
close
up
RU
Rahatlıq və funksionallıq: Ozon ilə evdə iş məkanını yeniləyirik

Rahatlıq və funksionallıq: Ozon ilə evdə iş məkanını yeniləyirik

Icma.az bildirir, Axsham.az portalına istinadən.

Bu gün bir çox insanlar evdən işləməyə və təhsil almağa üstünlük verir. İş mühitinin rahat olması məhsuldarlığa və nəticələrə birbaşa təsir göstərir. Evdə rahat iş məkanı yaratmaq üçün nə etməliyik? Ozon marketpleysində təklif olunan ideya və həlləri təqdim edirik.

Evdə iş məkanı qurmaq üçün düzgün yer seçimi uğurun vacib amillərindən biridir. Otağın sakit və işıqlı olması çox önəmlidir. Əgər ayrıca otaq ayırmaq mümkün deyilsə, qonaq və ya yataq otaqlarının bir küncü də iş üçün uyğun ola bilər. Yer müəyyən olunduqdan sonra iş məkanının qurulmasına başlamaq olar.

İş məkanının əsas elementləri

İş masası kifayət qədər geniş olmalıdır ki, kompüter, sənədlər və digər vacib əşyalar rahat yerləşdirilə bilsin. Qolların dirsəklə eyni səviyyədə olması üçün masanın optimal hündürlüyü 70-75 sm olmalıdır. Ozon-da müxtəlif variantlar mövcuddur: minimalizmi sevənlər üçün müasir interyerə uyğun loft üslubunda masalar, həmçinin molbertdən partaya qədər yeddi fərqli mebel əşyasını əvəz edən rahat transformerlər.

İş məkanının ikinci ən vacib elementi erqonomik kompüter oturacağıdır. Çox vaxtınızı burada keçirəcəyiniz üçün ən rahat oturacağı seçmək önəmlidir. İdeal olaraq, hündürlüyünü, baş dayağını, qoltuqluqları və kürəyinin hər hissəsini tənzimləmək imkanı olmalıdır. Oturacaqda ayaq üçün dayağın olması da vacibdir. Bu oturacaq sağlamlığınıza edilən mühüm sərmayədir, çünki burada çox vaxt keçirəcəksiniz.

Bundan əlavə, işıqlandırmanın düzgün qurulması və monitorun yerləşdirilməsi də çox vacibdir. Masaüstü kronşteyn monitorun hündürlüyünü, əyilməsini və döndərilməsini asanlıqla tənzimləməyə imkan verir, neon çıraq isə işıqlandırmanın intensivliyini günün vaxtına uyğunlaşdırmağa kömək edir və fərqli rənglərlə istənilən ab-havanı yaratmağa şərait yaradır.

İş məkanının qurulması və sevimli detalların əlavə olunması

Əsas elementlər quraşdırıldıqdan sonra növbəti mərhələyə keçmək olar. Cihazlar, məktəb ləvazimatları və sənədlər elə yerləşdirilməlidir ki, iş zamanı onlardan rahat istifadə etmək mümkün olsun. Bundan əlavə, iş və ya təhsil prosesinin səmərəli olması üçün düzgün şərait yaratmaq vacibdir. Burada öz istəklərinizə və vərdişlərinizə uyğun seçimlər etməlisiniz: bəziləri iş və təhsil prosesindən yayındırmayan minimalizmi seçir, bəziləri isə özünü sevimli əşyalar və şəkillərlə əhatə etməyə üstünlük verir. Lakin, hər kəs üçün vacib olan ümumi məqamlar da mövcuddur.

Rahat iş məkanı yaratmaq üçün Ozon-da olan top-5 məhsulu təqdim edirik.

Sfera formasında qeyri-adi divar rəfi. Bu minimalistik aksesuar ofis ləvazimatlarının, kitabların və digər zəruri kiçik əşyaların saxlanmasına kömək edəcək. Bu rəf dekor sevənlər üçün mükəmməl həldir. Masaaltı çəkməcə. Əl altında saxlanması lazım olan müxtəlif əşyalar üçün əlavə yer hər zaman lazımdır. Bu çəkməcəyə onları rahatlıqla yığmaq olar. Onun quraşdırılması üçün masanı deşməyə ehtiyac yoxdur və istənilən zaman başqa yerə köçürmək mümkündür.  Monitora quraşdırılan qulaqlıq tutqacı. Hətta ən sadə otaq dizaynına belə mükəmməl uyğunlaşır və qulaqlıqların asanlıqla saxlanmasına kömək edir. Kamera  üçün qoruyucu pərdə. Şəxsi həyatını qorumağa üstünlük verənlər və ya veb-kameranın təhlükəsizliyini təmin etmək istəyənlər üçün ideal həlldir. Maraqlı dizaynda mouse altlığı. Ozon-da həm sadə tək rəngli modellər, həm də müxtəlif dizaynda altlıqlar (məsələn, şərq xalçası formasında, faydalı qeydlər və ya işıqlandırma ilə,  hətta pişik pəncəsi formasında) mövcuddur.

Evdə iş məkanının yenilənməsi gələcəyinizə dəyərli investisiyadır. Rahat iş sahəsi məhsuldarlığı artırır, əhval-ruhiyyəni yüksəldir və iş prosesini daha zövqlü edir. Dəyişikliklərdən qorxmayın, iş yerinizi ilhamverici və həvəsləndirici məkana çevirmək üçün şəxsi toxunuşlarınızı əlavə edin. Lazım olan hər şeyi isə Ozon-da asanlıqla tapa bilərsiniz!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://axsam.az
archiveBu xəbər 10 Fevral 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri