Icma.az
close
up
RU
Ramil Həsən: “Siyasi sistemin inkişafı və milli həmrəyliyin güclənməsidir”

Ramil Həsən: “Siyasi sistemin inkişafı və milli həmrəyliyin güclənməsidir”

Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda həyata keçirilən siyasət dövlətimizin  milli gücünün artmasında və qarşıda duran strateji hədəflərə çatmasında müstəsna rol oynayır. Xüsusilə də, milli maraqlara və müasir çağırışlara adekvat olaraq kompleks islahatların həyata keçirilməsi ictimai-sosial, iqtisadi və siyasi mühitin yenilənməsi prosesini sürətləndirdi. Yeni siyasi konfiqurasiya şəraitində dialoq prosesinin dərinləşdirilməsi, siyasi partiyalarla işin müasir çağırışlar və ictimai sifarişlər əsasında ardıcıl olaraq davam etdirilməsi bu baxımdan xüsusi vurğulanmalıdır. Nəticə isə siyasi sistemin inkişafı və siyasi birliyin – milli həmrəyliyin güclənməsidir.

Azərbaycan Prezidenti cənab  İlham Əliyevin strateji islahatlar kursu dövlətimizin dayanıqlı inkişafını təmin edən mühüm amillərdən biridir. Azərbaycan Prezidenti davamlı inkişafı məhz islahat yolu ilə təmin edir, dayanıqlı inkişaf isə zamanın çağırışlarına uyğun olaraq yeni islahatlar zərurəti meydana çıxarır. Dövlət başçısının siyasi iradəsi əsasında hakimiyyət tərəfindən siyasi dialoq təşəbbüsünün irəli sürülməsi və həyata keçirilməsi yeni siyasi münasibətlərin formalaşması və inkişafı baxımından xüsusi önəm kəsb edir. Təbii ki, öz fəaliyyətində milli maraqları – dövlətin strateji mənafelərini üstün tutan siyasi qüvvələr bu dialoq təklifinə müsbət yanaşırlar. Başqa sözlə, milli maraqları rəhbər tutan siyasi partiyalar hakimiyyətin islahatlar strategiyasının tərkib hissəsi olan dialoq təşəbbüsünü təqdirəlayiq hal kimi xarakterizə edirlər. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi: “Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.

Prezident İlham Əliyev digər sahə və istiqamətlərlə yanaşı, ictimai-siyasi müstəvidə də Heydər Əliyev siyasətinin dəyərə çevrilmiş ənənələrini davam etdirir, yeni reallıqlara və müasir çağırışlara uyğun zənginləşdirir. Bu, siyasi partiyalarla iş sahəsində də özünü göstərir. Xüsusilə də, yeni siyasi konfiqurasiyanın formalaşması, siyasi dialoq prosesinin həyata keçirilməsi müasir çağırışlar əsasında siyasi sistemin yenidən təşkili baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Hazırkı mərhələdə ictimai-siyasi münasibətlərdə siyasi əxlaq və siyasi mədəniyyətin əsas götürüldüyü, qarşılıqlı hörmətə və konstruktiv yanaşmaya əsaslanan yeni davranış qaydaları müəyyənləşir.

Dövlət başçısının siyasi islahatlar kursunun nümunəsi olaraq ölkəmizdə qəbul olunmuş “Siyasi partiyalar haqqında” yeni qanun isə siyasi münasibətlərin və siyasi partiyaların fəaliyyətinin daha da təkmilləşdirilməsinə xidmət edir. Yeni qanunun qəbulundan sonra siyasi partiyaların qeydiyyatı aparılıb və hazırda ölkədə 26 siyasi partiya fəaliyyət göstərir. Bütövlükdə, ölkəmizdə siyasi münasibətlər yeni çağırışlar və reallıqlar, həmçinin milli maraqlar əsasında tənzimlənir. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi bu sahədə öz səmərəli fəaliyyətini müvəffəqiyyətlə davam etdirir.

Ölkəmizdə yeni siyasi konfiqurasiyanın önəmi keçirilən seçkilərdə də özünü bariz şəkildə göstərir. Siyasi partiyalar haqqında yeni qanunun qəbulundan sonra ölkəmizdə keçirilən parlament seçkilərində siyasi partiyaların yüksək səviyyədə iştirakı da bu reallığın ifadəsidir. Müstəqil Azərbaycanın parlament seçkiləri tarixində ilk dəfə olaraq 26 siyasi partiyadan 25-i seçkidə iştirak edib. Prezident Administrasiyasının  Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin vurğuladığı kimi, bu göstərici dayanıqlı demokratik ənənələrin formalaşmasına xidmət edir.

Etimad və inkişaf mühiti olan yeni siyasi konfiqurasiya şəraitində dialoq prosesi ölkəmizdə siyasi sistemin inkişafını və milli birliyin güclənməsini təmin edir. Bu gün siyasi partiyalar müstəqillik tariximizdə heç vaxt olmadığı kimi birlik – həmrəylik nümayiş etdirir, milli məsələlərdə vahid yanaşma və prinsipial mövqe ortaya qoyurlar. Ölkəmizdə mövcud olan siyasi həmrəylik Vətən müharibəsi dövründə və postmüharibə ərəfəsində daha qabarıq surətdə nəzərə çarpır, yəni siyasi qüvvələrin birliyi daha da möhkəmlənir.

Dialoq prosesi siyasi birliyi gücləndirən amil olduğuna, siyasi birlik isə milli həmrəyliyi möhkəmləndirdiyinə görə daxildə və xaricdə müəyyən dairələr tərəfindən ciddi narahatlıqla qarşılanır. Ona görə də partiyalararası konstruktiv əməkdaşlığın qurulması prosesindən özünü kənara çəkən və siyasi dialoq prosesinə, milli birliyin gücləndirilməsinə zərbə vurmağa çalışanlar da var. Buna nümunə olaraq AXCP kimi siyasi partiyanı göstərmək olar. Eləcə də, qondarma “milli şura” və xaricdəki dairələr ölkəmizdə siyasi sabitliyi çox qıcıqla qarşılayırlar. Onlara xaricdəki antiazərbaycançı mərkəzlər maliyyə dəstəyi verərək Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. Lakin heç vaxt buna müvəffəq ola bilməyiblər və bundan sonra da olmayacaqlar.

Nəzərə almaq lazımdır ki, ideoloji təhlükəsizlik milli təhlükəsizliyimizin ən mühüm komponentlərindənbiridir. Bu baxımdan, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti ideoloji mübarizədə fəal iştirak edir. 30 ildir ki, demokratik sistemin “müxalifətçilik ştatı”ndan qidalanmağa çalışan, xarici qrant və qonorarların daimi abunəçisinə çevrilən radikal ünsürlər isə indiyə qədər hər hansı bir konstruktiv ideya, təklif, təşəbbüs və proqram irəli sürməyiblər. Ona görə də siyasi autsayder vəziyyətinə düşüblər və onların dialoq prosesində iştirak edib-etməməsi heç nəyi dəyişmir.

Bütövlükdə, bu gün ümummilli məsələlərdə siyasi partiyaların vahid mövqedən çıxış etməsi ən böyük nailiyyətlərimizdən biridir. Bu amil ictimai vəhdətin, siyasi birliyin və milli həmrəyliyin daha da gücləndirilməsinda müstəsna əhəmiyyət kəsb edir!

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 27 Fevral 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri