Ramin Məmmədov: “Dünyəviliklə dini mənəvi dəyərlər arasında ziddiyyət yoxdur”
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Azərbaycanın dövlət-din münasibətləri modelinin əsas xüsusiyyətlərindən biri bütün dini etiqadlara hörmətlə yanaşılması, dini etiqad azadlığının təmin edilməsi və cəmiyyətin dünyəvi xarakterinin qorunmasıdır”
AZXEBER.COM xəbər verir ki, bu sözləri Ramin Məmmədov Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda keçirilən konfransda deyib.
Gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması məsələnin yalnız bir tərəfidir. Söhbət gələcək Azərbaycan cəmiyyətinin hansı dəyərlər, düşüncə modeli və vətəndaşlıq məsuliyyəti üzərində qurulacağından gedir.
Ramin Məmmədovun sözlərinə görə, Azərbaycanın dövlət-din münasibətləri modelinin əsas xüsusiyyətlərindən biri bütün dini etiqadlara hörmətlə yanaşılması, dini etiqad azadlığının təmin edilməsi və cəmiyyətin dünyəvi xarakterinin qorunmasıdır.
"Dini dəyərlər insan ləyaqətinə, mərhəmətə, ədalətə, qarşılıqlı hörmətə, ictimai həmrəyliyə və sülhə xidmət etməlidir. Azərbaycanın dünyəvi dövlət modeli ilə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur. Əksinə, dini etiqad azadlığı, hüquqi dövlət prinsipləri, dünyəvilik və milli-mənəvi dəyərlərə hörmət cəmiyyətdə sabitliyi və həmrəyliyi möhkəmləndirən, bir-birini tamamlayan prinsiplərdir”, - deyə o qeyd edib.
Çıxışında milli kimliyi qorumaqla müasir dünyaya inteqrasiya arasında seçim etməyin vacib olduğu fikrinin yanlış olduğunu vurğulayan Məmmədov bildirib ki, bu iki istiqamət bir-birinə zidd deyil.
O əlavə edib ki, əsas məqsəd köklərinə bağlı və açıq düşüncəli, bilikli olmaqla yanaşı məsuliyyət daşıyan, texnologiyadan istifadə etməklə kifayətlənməyib onun təsirlərini qiymətləndirə bilən, hüquqları ilə yanaşı məsuliyyətini də dərk edən vətəndaş yetişdirməkdir.
Şahanə Ziyad
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 09 Oktyabr 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















