Körfəzdən dünyaya çağırış! 7000 dən çox dron hücumu həyata keçirilib
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) üzv ölkələrinin fevralın 28-dən indiyədək İrandan 7000-dən çox raket və pilotsuz uçuş aparatı hücumuna məruz qaldığını açıqlayıb. Təşkilat beynəlxalq ictimaiyyəti bu hücumların qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.
Turkustan.az xəbər verir ki, KƏŞ-in baş katibi Casim əl-Budavi bu barədə Nyu-Yorkda, BMT-nin mənzil-qərargahında Körfəz regionundakı vəziyyətin müzakirəsinə həsr olunmuş Təhlükəsizlik Şurasının iclasında danışıb.
KƏŞ-in bəyanatına görə, Budavi beynəlxalq ictimaiyyəti İranın Körfəz ölkələrinə hücumlarının dayandırılması üçün konkret addımlar atmağa və bu dövlətləri regionun təhlükəsizliyi ilə bağlı bütün razılaşmalara daxil etməyə çağırıb.
Baş katib vurğulayıb ki, Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr böhranların dialoq və diplomatiya yolu ilə həllinin tərəfdarıdır.
O, İranla münasibətlərin dövlətlərin suverenliyinə hörmət, mehriban qonşuluq və daxili işlərə qarışmamaq prinsipləri əsasında qurulmasının vacibliyini qeyd edib.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 14 Noyabr 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















