Icma.az
close
up
RU
“Ramiz Mehdiyev Azərbaycanın düşməni ilə çalışaraq onlarla işbirliyində olub” MƏLAHƏT İBRAHİMQIZI

“Ramiz Mehdiyev Azərbaycanın düşməni ilə çalışaraq onlarla işbirliyində olub” MƏLAHƏT İBRAHİMQIZI

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Uzun illər rəhbər vəzifələrdə çalışan, 25 il Prezident Administrasiyasına, Milli Elmlər Akademiyasına (AMEA )rəhbərlik etmiş Ramiz Mehdiyev barəsəində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

YAP-dan olan deputat Məlahət İbrahimqızı Gununsesi.infoya açıqlama verib:

“Azərbaycan xalqı Qalib Dövlətin vətəndaşı olmağı ilə fəxr etdiyi halda, bütün Türk dünyasının 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin və 2023-cü il 19-20 sentyabr anriterror əməliyyatının uğurunu sevincini və qürurunu yaşadığı dövrdə Ramiz Mehdiyevin və bir qrup cinayətkar “silahdaşlarının” dövlət çevrilişi törətmək planı əziz Şəhidlərimizin qanı ilə suvarılmış Vətənimizə və Dövlətimizə qarşı ən böyük xəyanətdir. Fəaliyyəti dövründə Azərbaycan xalqının milli dəyərlərinə, Türk kimliyinə, islam dəyərlərinə nifrətini heç vaxt gizlətməyən Ramiz Mehdiyev kimi adamlar erməni revanşistləri ilə əməkdaşlıq etməyi belə özlərinə şərəf sayırlar.

Hər kəs bilir ki, 2009-13-cü illərdə Azərbaycan-Türkiyə arasında yaranmış böhran vaxtı Ramiz Mehdiyev bu senarinin baş müəllifi və əsas aktyoru idi. FETO-çularla , Ermənistanda, Rusiyada, eləcə də dünyanın hər yerində nə qədər Azərbaycan-Türkiyə düşməni var idisə bütün qüvvəsi ilə çalışaraq onlarla işbirliyində olub, bu iki qardaş ölkə, eləcə də möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti R.T. Ərdoğan arasında fitnə salmağa çalışırdı. Məqsəd isə əsas problemi və dərdi Qarabağ olan Azərbaycanı təkləməklə, Türk dünyasının iki əsas güclü dövləti, türk xalqlarını gələcəyə sürətlə aparan iki lokomotiv dövlət olan Azərbaycanla Türkiyə arasında düşmənçilik yaratmaq idi”.

Deputat vurğulayıb ki, Ramiz Mehdiyevin ən böyük “arzusu” da Azərbaycanı Türk dünyasından ayırmaq idi.

“Onun bütün fitnələrinə baxmayaraq, əbədi olaraq arzusu gözündə qaldı. Bugün əbədiyyətə qədər bir olacaq Azərbaycan-Türkiyə müttəfiqliyi və iki qardaş liderin gürəsəl səviyyədəki uğurlu diplomatiyaları beynəlxalq aləmdə böyük nüfuza malikdir. Anlaqsız vəziyyətdə olan Ramiz Mehdiyev və onun kimilər toyuq korluğu səbəbindən Azərbaycanın və dövlət başçımızın misilsiz fəaliyyətini görə bilmirlər.

Çirkli və sinsi xislətli insanları gözü heç vaxt görməz. Çünki bu insanlar doğularkan dünyaya xain və xəyanətkar xislət və məramla gəlirlər. Azərbaycan xalqı dövlət çevrilişinin nə olduğunu çox yaxşı xatırlayır. Yadınımızdadır hətta dövlətimizin ən çətin vaxtlarında dövlətimizə qarşı törədilən bir neçə dövlət çevrilişinin qarşısı daima xalqına güvənmiş Heydər Əliyev qüdrəti ilə alınmışdır.

Hər kəs bilir ki, bugün bu siyasəti uğurla davam etdirən, dünya Lideri, Müzəffər Ali Baş Kamandanımız, möhtərəm cənab İlham Əliyev 44 gün içində üç əsirlik tarixi olan dünya erməniliyini darmadağın etdi.

Bu mənada Ramiz Mehdiyev kimi adamlar möhtərəm Prezidentimizin qüdrəti və nüfuzu, ona olan xalq məhəbbəti qarşısında çox, cılız, kiçik və xırdadırlar. Onların bu cinayətləri həm də xalqa qarşıdır. Xalqımız öz Lideri arxasında daima bir yumruq olaraq, əfsanəvi gücə Dəmir Yumruğa çevrilibdir”.

Son olaraq qeyd edim ki, Azərbaycan güclü dövlətdir və dövlətimizin, xalqımızın keşiyində duran sarsılmaz qurumlar mövcuddur və əminik ki, ən qısa zamanda dövlətə və xalqa xəyanət edən bu cinayətkarların layiqli cavabları veriləcəkdir”-deyə deputat fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Oktyabr 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri