Icma.az
close
up
RU
Ramiz Mehdiyev haqda SENSASİON AÇIQLAMA: Rusiyapərəst qüvvələrə bu göstərişləri verib...

Ramiz Mehdiyev haqda SENSASİON AÇIQLAMA: Rusiyapərəst qüvvələrə bu göstərişləri verib...

Sitat.info saytına istinadən Icma.az xəbər verir.

"Ramiz Mehdiyev Rusiyanın Azərbaycandakı  bütün gizlin və açıq qüvvələrinin rəhbəri idi və bunu heç gizlətmirdi. Mən vaxtilə Ramiz Mehdiyevin Azərbaycanda apardığı siyasəti ifşa edən "Totalitarizmin metamarfozası” adında 500 səhifəlik kitab yazmışam. Ramiz Mehdiyevin apardığı siyasəti Azərbaycan xalqına çox baha başa gəldiyini, Azərbaycanı tarixi inkişafdan nə qədər geri saldığını, Rusiyanın Azərbaycanda mövqeyinin hansı qaydada, necə təmin edildiyini açıq, elmi şəkildə yazmışam".

Bu sözləri ADP sədri Sərdar Cəlaloğlu ötən gün  Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev haqqında verilən ev dustaqlığı qəti-imkan tədbirinə münasibət bildirərkən deyib. 

O bildirib ki, Ramiz Mehdiyev təlimatları daim Kremldən alırmış: "Vaxtilə MDB prezident aparatları rəhbərlərinin Moskvada tədbirləri keçirilirdi, ildə bir dəfə Ramiz Mehdiyev ora gedirdi və Moskvadan müəyyən təlimatlar alırdı. Həmin təlimatlar əsasında Azərbaycanda siyasət həyata keçirirdi. Demokratik qüvvələrin Azərbaycanda və parlamentdə təmsil olunmamasının bilvasitə açıq şəkildə qarşısını alırdı. Bunu da onunla əsaslandırırdı ki, onların parlamentə düşməsi guya Azərbaycanla Rusiyanın əlaqələrinə mənfi təsir edə bilər.


 Ölkədə aparılan siyasi repressiyaların 90 faizinin rəhbəri Ramiz Mehdiyevdir. İş adamlarına, siyasətçilərə, jurnalistlərə qarşı milli ruhlu repressiyaların günahkarı Ramiz  Mehdiyevdir. Ramiz Mehdiyev vəzifədə olduğu müddətdə bir dəfə də olsun Türkiyəyə,  Avropaya səfər eləməmişdi. Amma dəfələrlə Rusiyaya səfər edirdi. Avropa-Azərbaycan, ABŞ-Azərbaycan əlaqələrinin pozulmasında "müstəsna" xidmətləri var idi. Kadrların yerləşdirilməsi demək olar ki, 90 faiz Ramiz Mehdiyevin nəzarəti altında idi".

S.Cəlaloğlu Mehdiyev haqqında həbs qərarının verilməsini isə belə izah edib: "Bilirsiniz ki, Azərbaycan-Rusiya münasibətləri pozulandan sonra  Azərbaycanda rusiyapərəst qüvvələrin fəallaşması gözləniləndir. Görünür Ramiz Mehdiyev həmin qüvvələrin aktiv şəkildə hərəkətə gətirilməsinə göstəriş verib. Çünki Mehdiyevin külli miqdarda vəsaiti var. Dövlət vəsaitlərinin dağdılmasında onun "müstəsna" rolu var.Təkcə bir faktı deyim ki, həyat yoldaşına 65 milyon dollarlıq subsidiya ayırmışdı. Yəni, bu adamın  Azərbaycanın sosial-iqtisadi həyatında qeyri-adi dərəcədə mənfi təsirləri var".

Partiya sədri vurğulayıb ki, R.Mehdiyev hətta mənəvi sferaya da ciddi təsir edirdi: "Bir faktı da deyim ki, Ramiz Mehdiyev Bakıda azanın ucadan verilməsini qadağan etmişdi. Bildirmişdi ki, xaricilər narahat olurlar. Bir sözlə Ramiz Mehdiyev buradakı ruspərəst qüvvələrin başçısı idi. Təbii ki, hazırda Ramiz Mehdiyevin siyasətdə, iqtisadiyyatda, hüquqi sferalarda və sairə vəzifələrdə zamanında yerləşdirdiyi adamlar var. Onların hamısı Azərbaycan dövlətinə yox, Rusiyanın maraqlarına xidmət edirlər. Mən şadam ki, nəhayət, bu qərar qəbul edildi. Yazdığım kitabı oxusanız hər şeyi açıq-aydın görəcəksiniz".

Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://sitat.info
archiveBu xəbər 15 Oktyabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see130

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see129

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri