Icma.az
close
up
RU
Ramiz Mehdiyev özü üzləşdiyi ittihamları bir zamanlar mənə yapışdırırdı BƏXTİYAR HACIYEV ZƏFƏR BAYRAMINDA HUMANİZM GÖZLƏYİR

Ramiz Mehdiyev özü üzləşdiyi ittihamları bir zamanlar mənə yapışdırırdı BƏXTİYAR HACIYEV ZƏFƏR BAYRAMINDA HUMANİZM GÖZLƏYİR

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Gələn həftə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərin 5-ci ildönümüdür. Həmin həftə birinci Qarabağ müharibəsi qazisi Tofiq Yaqublunun, ölkəmizdə və xaricdə tanınmış hüquq müdafiəçisi və 44 günlük müharibədə arxa cəhbədə müstəsna xidmətləri olmuş Rüfət Səfərovun, mənim və digər siyasi məhbusların məhkəmələri keçiriləcək. Ümid edirəm ki, dövlət idarəçiliyində sağlam düşünən, rasional qərarlar verə bilən həqiqi dövlət adamları Zəfər Bayramı ərəfəsində ölkədə ictimai barışığı təşviq edəcək təşəbbüslər irəli sürəcəklər. Bu təşəbbüslər əsasında qəbul ediləcək qərarlar həbsdəki vətəndaş cəmiyyəti təmsilçilərinə, mətbuat nümayəndələrinə, ruhanilərə və geniş məhkum kütləsinə şamil ediləcək”.

Gununsesi.info xəbər verir ki, bunu hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev ictimaiyyət üçün yaydığı müraciətində deyib:

Hacıyev müraciətində PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması faktına da toxunub:

“2010-cu ildə deputatlığa namizəd oldum; faktiki qalib gəldiyim seçkidən dərhal sonra həbs edildim. Bütün bunlar və 2019-cu ilə qədər qarşılaşdığım polis təzyiqləri, həbslər və mərhumiyyətlər birbaşa Ramiz Mehdiyevin əmri ilə həyata keçirilirdi. Hər zaman o və ətrafındaki yaşlı və gənc əlaltıları məni inqilabçı, dövlət çevirilişinə hazırlaşan şəxs kimi tədqim edirdilər. Son həbsim zamanı da cinayət işində müxtəlif formalarda guya mənim dövlət çevirilişinə hazırlaşmağım barədə qeydlər var.

Bu gün isə mənə bu ittihamları illərdir yapışdırmağa çalışan Ramiz Mehdiyevin özü dövlət çevrilişinə hazırlıqda ittiham edilir, mühakimə olunur. Şadam ki, ittiham olunduğum əməllər arasında Mehdiyevdən fərqli olaraq dövlətə xəyanət cinayəti yoxdur. Heç vaxt nə ölkə daxilində, nə də ölkə hüdudlarından kənar heç bir şəxs, qrup, qüvvə və dövlətlə dövlət maraqlarımıza zərbə sayılacaq heç bir addım atmamışam.

Əksinə, ictimai fəaliyyətimdə, hətta hakimiyyəti tənqidimdə belə, demokratik cəmiyyətlərdə dövlətin inkişafı üçün zəruri olan vətəndaş cəmiyyəti fəaliyyəti sayılır; cinayət yox”.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 31 Oktyabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri