Icma.az
close
up
RU
Ramiz Mehdiyev Bəxtiyar Vahabzadəyə də mane olub 25 il əvvəlin SÖHBƏTİ

Ramiz Mehdiyev Bəxtiyar Vahabzadəyə də mane olub 25 il əvvəlin SÖHBƏTİ

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Firuz Mustafa Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə mərhum Xalq şairi Bəxtiyar Vahabzadə arasında baş vermiş bir hadisədən bəhs eidb. Modern.az xəbər verir ki, Firiz Mustafanın sözlərinə görə, o, hadisə barədə təxminən 25 il öncə eşidib:
“2000-ci illərin əvəlinin söhbətidir. Bir dəfə dayım, yazıçı Nahid Hacızadə ilə “Azərbaycan” Nəşriyyatında Bəxtiyar müəllimlə qarşılaşdıq. Şair bizə yeni kitabını verdi. Mənə dedi ki, Hüseynağa (Atakişiyevi nəzərdə tuturdu-F.M.) sənin pyeslərini tərifləyir, kitab şəklində çıxıbsa ver oxuyum. Söz verdim ki, gətirərəm. O, dedi ki, kitabı gətirmək üçün şoferi göndərə bilərdim, amma…

Bəxtiyar müəllim gülüb üzünü Nahid müəllimə tutaraq bu “əmmadan” sonra “dərdini” yumor qarışıq bir tonda danşımağa başladı:

- Nahid, Heydər Əliyevin göstərişi ilə bizim mənzilə “üçrəqəmli” telefon çəkiblər. Bir maşın da ayırıblar. Prezident tapşırmışdı ki, sürücünün maaşı və yanacaq dövlət hesabına olsun. Amma sürücü ilə mən özüm yollaşıram. Qalır yanacağın pulu. Artıq onu da özüm almağa məcburam. Bilirsən niyə? “Aparatda” Ramiz adlı birisi var. Hamınız onu yaxşı tanıyırsız. Hələ Sovet vaxtından mənim ondan zəhləm gedir, onun da məndən. Ümumiyyətlə, onun yaradıcı adamları, alimləri, xüsusilə, şair-yazıçı tayfasını görməyə gözü yoxdur. Antimillidir. Söz yox ki, Moskvanın buradakı adamıdır. Gör bir bu necə … tipdir ki, dolayısı ilə mənə pislik etmək istəyir. İşlər idarəsinə tapşırıb ki, Bəxtiyarın sürücüsünə heç nə verməyin- nə maaş, nə də yanacaq... Mən belə xırda-xuruş şeyləri Heydər müəllimə demək istəmirəm…

Mən dedim ki, Bəxtiyar müəllim, haçan desəniz kitabı özüm Sizə çatdıraram. Şair “Teleteatrdan” aşağıda olan evin səmtini nişan verdi. Dedim ki, tanıyıram, taparam. Tapşırdı ki, kitabı həyətin qapısındakı gözətçiyə verərsən, mən oradan özüm götürərəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Noyabr 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri