Ramiz Mehdiyevin həbsindən bir il ötür: Nələr baş verdi? KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyevin həbsindən bir il ötür. O, Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.
Bu cinayət işi çərçivəsində onun köməkçisi olmuş Eldar Əmirov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barəsində də cinayət işi başlanılıb.
Bəs bu həbslər fonunda son bir ildə nələr baş verib? Ramiz Mehdiyevi nə gözləyir?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Ramiz Mehdiyevin həbsi və ona qarşı irəli sürülən ittihamlar cəmiyyətdə kifayət qədər rezonans doğurub:
“Dövlətin yüksək pilləsində vəzifə tutan belə bir şəxsin daxildən dövləti zəiflətməyə və dağıtmağa çalışması həqiqətən də təəccüblüdür.
Bununla belə, əsas nüans ondan ibarətdir ki, Azərbaycan dövləti bir daha göstərdi: kimin hansı vəzifəni tutmasından və statusundan asılı olmayaraq, hər kəs öz əməllərinə görə qanun qarşısında cavab verməyə borcludur.
Bu bir il ərzində Ramiz Mehdiyevin kimlərlə birgə işlədiyi, hansı məqsədlərə xidmət etdiyi və Azərbaycan dövlətinə vurduğu zərərlə bağlı ictimaiyyətə xeyli məlumat verilib.
İndi əsas məsələ Ramiz Mehdiyevin həbsdə olub-olmaması deyil. Çox güman ki, o, törətdiyi əməllərə görə ömrünün sonunadək həbsdə qalacaq. Artıq özü zərərsizdir, lakin ideyaları, fikirləri və fəaliyyəti ilə özündən sonra müəyyən insanların şüurunda təhlükəli izlər buraxıb. Biz diqqətimizi buna yönəltməliyik.
Onun məqsədinə nail ola bilməməsi bizə onu deməyə əsas verir ki, Azərbaycan dövləti kifayət qədər köklü bir dövlətdir və ayrı-ayrı şəxslərin, xüsusilə də kənar qüvvələrlə əlaqəli olanların dövləti zəiflətmək istiqamətindəki fəaliyyətləri ciddi nəticə verə bilməz.
İkincisi, ictimaiyyətə belə bir mesaj verildi ki, dövlətin yüksək vəzifəli şəxsi, hətta vəzifədə olduğu müddətdə özünü dövlətdən üstün tutan bir şəxs olsa belə, qanun qarşısında cavab verməli olur.
Üçüncüsü, Ramiz Mehdiyevin komandasının son bir il ərzində Azərbaycan dövlətinə qarşı fəaliyyəti dayandırılıb. Artıq onlar ictimaiyyətin və dövlət qurumlarının diqqət mərkəzindədirlər və dövlətə zərər vurmaq niyyətləri tamamilə iflasa uğrayıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 14 Oktyabr 2026 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















