Icma.az
close
up
RU
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”

“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və onunla əlaqəli şəxslərlə bağlı daha bir məsələ məhkəmə müstəvisinə keçib.

Gəncədə fəaliyyət göstərən Yeni Gəncə Tibb Mərkəzinin aid olduğu “İntermedservis” MMC-nin təsisçisi və direktoru Nərminə Səfərova “Qafqazinfo”ya müraciət edərək sahibi olduğu mülkiyyətin zorla əlindən alındığını bildirib.

Sahibkar iddia edib ki, 9 il əvvəl ailəsinin yaratdığı klinika faktiki olaraq zorla onların nəzarətindən çıxarılıb, müəssisənin əsas yaradıcısı olan həyat yoldaşı S.Allahverdiyev idarəetmədən uzaqlaşdırılıb, özü isə payçı kimi şirkətin fəaliyyəti və maliyyə vəziyyəti barədə məlumat almaq imkanından məhrum edilib:

“2017-ci ilin aprelində İlham Əliyev “qoçuları” ilə klinikaya gəlib, direktor otağının qıfılını qırıb, S.Allahverdiyevi müəssisədən uzaqlaşdırıblar. Bundan sonra biz 2025-ci ilin noyabrınadək klinikanın real idarəçiliyindən kənarda saxlanıldıq, uzun illər öz hüquqlarımızı bərpa edə bilmədik. Əlbəttə, bu, İlham Əliyevin qayınatası Ramiz Mehdiyevin malik olduğu siyasi və inzibati nüfuzun mümkün təsiri ilə olub”.

Nərminə Səfərovanın bildirdiyinə görə, vəziyyət 2025-ci ilin noyabrında dəyişib:

“Təxminən səkkiz ildən sonra mən yenidən klinikaya dəvət olundum və müəssisənin idarəçiliyi faktiki olaraq bizə geri qaytarıldı. Lakin bu zaman biz ağır vəziyyətə düşmüş müəssisə ilə qarşılaşdıq. Belə ki, əvvəlki idarəçilik dövründən klinikaya 600 min manatdan artıq borc, 100 minlərlə həcmdə vergi öhdəlikləri və ciddi maddi-texniki problemlər qalıb.

Bununla belə klinikanı yenidən ayağa qaldırmağa, tibbi xidmətin keyfiyyətini yüksəltməyə, əmək münasibətlərini tam rəsmiləşdirməyə və normal sahibkarlıq fəaliyyəti göstərərək dövlət qarşısında vergi öhdəliklərini yerinə yetirməyə çalışırıq. Buna baxmayaraq, əvvəlki illərdə yaranmış borc və öhdəliklər müəssisənin normal fəaliyyətinə ciddi maneə yaratmaqdadır.

Şikayətçi bildirib ki, onlara milyonlarla manat dəyərində maddi-mənəvi ziyan vurulub. Klinikanı geri aldıqdan sonra orada lisenziyalı audit şirkəti tərəfindən yoxlama aparılıb.

“Bizə bu müddətdə 3.8 milyon manatdan artıq dividend ödənilməyib. Həmçinin işçilər və digər tərəfdaşların adına 600 min manata yaxın borc yığılıb.

Klinikanın avadanlıqlarına baxım olmadığı üçün bir çox əhəmiyyətli cihazlar yararsız hala düşüb və ya oğurlanıb. Yığılmış vergi borcu isə yarım milyon manat həddindədir. Bina da bu müddətdə baxımsız qalıb, tamamilə amortizasiya olub, nəqliyyat vasitələri sıradan çıxıb. Maddi-texniki bazaya da təxminən milyon yarım manat zərər vurulub.

Audit zamanı 2023–2025-ci illərlə bağlı 100 minlərlə manatlıq şübhəli elektron qaimələr, nağdlaşdırma əməliyyatları və böyük həcmdə silinmiş xidmətlərə dair faktlar müəyyən edilib. Biz auditin nəticələrini və digər sənədləri aidiyyəti dövlət və hüquq-mühafizə orqanlarına təqdim etməyi düşünürük. Bütün bu hallara hüquqi qiymət verilməlidir.

Eyni zamanda artıq başlamaqda olan məhkəmə proseslərində məni faktiki olaraq payımdan məhrum edən digər 3 payçı - İlham Əlisəftər oğlu Əliyev, Fərid Akif oğlu Sadıqov və Səftər Fikrət oğlu Əliyev də cavab verməli olacaq. Onlar tərəfindən müəssisədəki payımdan necə məhrum edildiyimi, müəssisənin həmin illərdə necə idarə olunduğunu və 100 minlərlə manatlıq borcların hansı şəraitdə yarandığı məsələləri bir-bir qaldırılacaq. Məhkəmə və digər hüquqi proseslər irəlilədikcə, indiyədək ictimaiyyətə məlum olmayan sənədlər və faktları da mərhələli şəkildə açıqlayacağıq”, - o əlavə edib.

Aslan Vəliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Sentyabr 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri