Icma.az
close
up
RU
“Ramiz Mehdiyevlə yaxın təmasda olan partiya sədrləri olub” Deputat

“Ramiz Mehdiyevlə yaxın təmasda olan partiya sədrləri olub” Deputat

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi, ötən gün Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istəyi ilə bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə göndərdiyi məktub yayılıb. 

Sözügedən məktubun mediada tirajlanan mətnində hakimiyyətin 3 qolunun - qanunvericilik, icra, məhkəmə - fəaliyyətinə nəzarəti cəmiyyətdə nüfuza malik olan 50 üzvdən - təcrübəli dövlət məmurları, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət xadimləri - ibarət Dövlət Şurasının həyata keçirəcəyi qeyd edilir. Məktubda “Dövlət Şurası” üzvlərinin ümumxalq səsverməsi nəticəsində formalaşdırılması və “qurum”a Dövlət Şurası sədrinin rəhbərlik edəcəyi bildirilir. 

Maraqlıdır, o siyahıda kimlər ola bilərdi? 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, siyahıda kimlərin ola biləcəyi hamıya maraqlıdır: 

“Lakin konkret adlar çəkə bilməyəcəyəm. Biz sadəcə ehtimal edə bilərik. Bu, çox ciddi məsələdir və hazırda istintaq gedir. Fakt olmadan istintaq getdiyi bir zamanda ad çəkmək kimisə ittiham etmək sayılar. Düzdür, Ramiz Mehdiyevlə yaxın təmasda olan partiya sədrləri olub. 

Həmin siyahıda da onlardan kiminsə adlarının ola biləcəyi istisna deyil. Ancaq Ramiz Mehdiyev 6 ildir ki, vəzifədən kənarlaşdırılıb. Bu müddət ərzində onun kimlərlə təmas qurduğu da istintaq araşdırmaları ilə üzə çıxarılacaq. Onun tamam başqa şəxslərlə də münasibəti formalaşmış ola bilər”. 

Partiya sədri qeyd edib ki, Ramiz Mehdiyev bu cinayəti təkbaşına edə bilməz: 

“Əlbəttə ki, onun komandasında başqa şəxslər də olub. Onların da kimliyi istintaq müddətində müəyyənləşdiriləcək. Ramiz Mehdiyevin “Dövlət Şurası” adlandırdığı “qurum” Azərbaycan Konstitusiyasına ziddir. Dövlət çevrilişi edəndən sonra müvəqqəti formalaşdırmağı arzu etdiyi bir “qurum”dan söhbət gedir. 

“Dövlət Şurası”nı yaratmaq hakimiyyəti zorla ələ keçirməkdir. 50 nəfərin toxunulmaz olması və onların idarəçilikdə hansı formada iştirak edəcəyi tamamilə Ramiz Mehdiyevi təxəyyülüdür. Bunun olduqca xəstə bir təxəyyül olduğunu düşünürəm. Bütün bu məsələlər araşdırılacaq”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Ramiz Mehdiyev Dövlət Şurası siyahı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:590
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri