Icma.az
close
up
RU
Ramzan Kadırov oğlunu dövlət işlərinə hazırlayır Adəmə “varis” imici formalaşdırılır

Ramzan Kadırov oğlunu dövlət işlərinə hazırlayır Adəmə “varis” imici formalaşdırılır

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Ramzan Kadırov 17 yaşlı oğlu Adəmə, yerli şirkətlərin vergilərinin ödənməsini nəzarət etməsini tapşırıb. İlk baxışdan bu, sadəcə formal və simvolik addım kimi görünə bilər, çünki qanunvericiliyə görə azyaşlı uşaq dövlət vəzifəsi tutub maliyyə proseslərini idarə edə bilməz. Lakin Çeçenistanda belə qərarlar heç vaxt təsadüfi olmur.

Mesaj aydındır, Çeçenistanda hakimiyyət uzun müddətdir ki, klanlıq prinsiplərə əsaslanır və əsas vəzifələr Kadırovun yaxınları və qohumları arasında bölünür. Oğlanlar tədricən ictimai sahəyə daxil edilir, onlara imic formalaşdıran tapşırıqlar verilir və gələcək rəhbərlər kimi təqdim olunur. Oğlu Adəmə gəlincə bu xüsusilə gözə dəyir, son müddət ərzində məhz Adəm Kadırovun “varis” imici formalaşdırılır.

Beləliklə, Kadırovun qərarının bir neçə məqsədi var.

Birincisi, varisin formalaşdırılmasıdır. Ramzan Kadırov oğlu Adəmə gəncliyindən hiss etdirmək istəyir ki, o, sadəcə liderin oğlu deyil, “dövlət işlərinə” cavabdeh şəxsdir.

İkincisi, Çeçenistan elitasına və yerli məmurlara siqnal verilir, əvvəlcə onlar naməlum vergi inspektorlarına hesabat verirdilərsə, indi bilavasitə ali rəhbərin oğluna hesabat verəcəklər. Və qeyri-şəffaflıq onlara çox baha başa gələ bilər.

Üçüncüsü, cəmiyyətə nümayiş etdirilir ki, Adəm gələcək iqtisadçı və maliyyə işlərinə etibar olunacaq şəxsdir.

Çeçenistan üçün bu, qorxu və şəxsi asılılıq atmosferinin güclənməsi deməkdir. Vergi məsələləri bürokratik rutinadan çıxaraq siyasi loyalıq sahəsinə çevrilir və hər hansı səhv və ya gecikmə ailəyə hörmətsizlik kimi qəbul edilə bilər. Bu, rəsmi institutların rolunu azaldır və hakimiyyətin feodal xarakterini möhkəmləndirir.

Ümumilikdə, Rusiya siyasəti üçün bu addım bir daha xatırladır ki, Çeçenistanda dövlət normaları şəxsi təcrübələrlə əvəz olunur və Moskva belə “azadlıqlara” göz yumur. Əvəzində Kremlin bölgədə təmin etdiyi loyallıq və sabitlik qalır. Lakin bu, gələcək üçün problem yaradır, Kadırov dinastiya qurur və getdikcə aydın olur ki, ondan sonra hakimiyyət institutlar vasitəsilə deyil, varislik yolu ilə keçəcək.

Kamran Cəfərov

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:35
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Sentyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri