Icma.az
close
up
RU
Rasim Musabəyov: Azərbaycan indi kifayət qədər güclüdür və ABŞ nin 30 50 milyon dollarlıq yardımlarına ehtiyacı yoxdur

Rasim Musabəyov: Azərbaycan indi kifayət qədər güclüdür və ABŞ nin 30 50 milyon dollarlıq yardımlarına ehtiyacı yoxdur

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın yardıma ehtiyacı yoxdur, amma 907-ci düzəlişin siyasi yükü var



ABŞ Prezidenti Donald Tramp 1992-ci ildə qəbul edilmiş və Azərbaycana dövlət yardımını məhdudlaşdıran “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin icrasının dayandırılması barədə qərar imzalayacaq. Azərbaycan və ABŞ liderləri arasında qurulan strateji tərəfdaşlığın növbəti göstəricisi sayılan bu addım, üç onillikdən artıq müddətdə qüvvədə olan bir haqsızlığı aradan qaldıracaq. Xatırladaq ki, ABŞ Konqresi 1992-ci ildə Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda, rəsmi Bakının guya Yerevana “blokada” tətbiq etdiyi iddiası ilə Azərbaycana birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişi qəbul etmişdi. Sonrakı illərdə bir sıra ABŞ prezidentləri bu düzəlişin icrasını müvəqqəti olaraq dayandırsa da, Co Bayden administrasiyası onu yenidən gündəmə gətirərək Azərbaycana siyasi təzyiq vasitəsinə çevirməyə çalışmışdı. Bu qanun, keçmiş SSRİ respublikalarına demokratiya, iqtisadi islahatlar və inkişaf üçün yardım ayırmağı nəzərdə tuturdu. Lakin həmin aktın 907-ci düzəlişi Azərbaycanın adını siyahıdan çıxardı. Səbəb kimi o zaman Konqresdə güclü təsirə malik erməni lobbi qruplarının iddiaları göstərilirdi. Guya Azərbaycan Ermənistanı və Qarabağı “blokadaya” alıb. 907-ci düzəliş Azərbaycana ABŞ hökumətindən birbaşa yardım göstərilməsini qadağan edirdi. Məhz bu sənədlə humanitar yardımlar istisna olmaqla, Vaşinqtonun Bakı ilə iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı məhdudlaşdı. Ermənistan və Gürcüstan ABŞ-dən milyonlarla dollar dəyərində dəstək aldığı halda, Azərbaycan bu imkanlardan qərəzli şəkildə məhrum oldu. Bu məhdudiyyət yalnız 2001-ci il 11 sentyabr terror hücumlarından sonra qismən yumşaldıldı. 11 sentyabr hadisələrindən sonra ABŞ prezidentlərinə hər il düzəlişi müvəqqəti dayandırmaq səlahiyyəti verildi. Corc Buş, Barak Obama, Donald Tramp və Co Bayden bu maddəni hər il dondursa da, qanun formal olaraq qüvvədə qalıb və istənilən vaxt yenidən tətbiq edilə biləcək “təzyiq kartı” kimi mövcudluğunu qoruyub. 907-ci düzəlişin tam ləğvi, yalnız siyasi jest deyil, həm də konkret faydalar deməkdir. Sənədin ləğvi ilə başlıca olaraq iqtisadi əməkdaşlıq genişlənəcək. ABŞ şirkətləri Azərbaycana daha çox sərmayə yatırmaqda həvəsli olacaq. Xüsusən enerji, texnologiya və kənd təsərrüfatı sektorlarında. Müdafiə, sərhəd təhlükəsizliyi və terrorla mübarizə sahələrində ABŞ texnologiyaları və təlimləri Bakıya daha açıq şəkildə təqdim edilə bilər. Qanunun ləğvi Vaşinqtonun Cənubi Qafqazda balanslı siyasət yürütmək niyyətinin göstəricisi olar. İkili standartlar dönəmi başa çata bilər. Təhsil, səhiyyə və vətəndaş cəmiyyəti sahələrində ABŞ fondlarının dəstəyi daha geniş və maneəsiz şəkildə Azərbaycana gələr. 30 ildən çoxdur ki, 907-ci düzəliş ABŞ-Azərbaycan münasibətlərində “görünməz divar” rolunu oynayıb. Onun formal qüvvədə qalması, əməkdaşlıq üzərində daim asılı qalan bir siyasi kölgəyə çevrilib.

Millət vəkili Rasim Musabəyov deyib ki, 907-ci düzəlişin qəbul olunması Azərbaycana qarşı olduqca ədalətsiz bir qərar idi. Deputatın sözlərinə görə, təsəvvür edin, ermənilər Azərbaycan torpaqlarını işğal etmişdi:

 "Ancaq Konqresdəki ermənipərəstlər və erməni lobbisi, o cümlədən sonradan Prezident olan Co Baydenin təşəbbüsü ilə bir düzəliş qəbul etmişdilər ki, yeni yaradılmış ölkələrə yardımlar edilsə də, guya Azərbaycan Ermənistanı blokadada saxladığına görə bizə yardımlara məhdudiyyətlər tətbiq olunmuşdu. Tamamilə ədalətsiz bir qərar idi. Təəssüf ki, həmin dövrdə Azərbaycan haqq sözünü çatdırmaq imkanında deyildi. Sonrakı dövrdə bir sıra mühüm hadisələr yaşandı. Azərbaycan Qərb dövlətləri ilə neft kontraktları imzaladı və nəticədə ABŞ ilə münasibətlər yaxşılaşdı. Lakin 907-ci düzəliş yenə də qüvvədə qalmaqda idi. ABŞ Əfqanıstanda antiterror əməliyyatlarına başladıqdan sonra Ağ Evin Azərbaycana ehtiyacı yarandı. Çünki Əfqanıstana daşınmalar tranzit ölkələr kimi Türkiyə, Gürcüstan və Azərbaycan vasitəsilə həyata keçirilirdi. O zaman ABŞ-nin Prezidenti C.Buş qərar verərək 907-ci düzəlişi müvəqqəti qüvvədən saldı. Vurğulandı ki, ABŞ prezidenti istədiyi halda, yəni zəruri halda 907-ci düzəlişi qüvvədən sala bilər. 2020-ci ilədək hər il prezidentlər həmin düzəlişi qüvvədən salırdılar. Ötən dövr ərzində Azərbaycana yarım milyard dollarlıq müxtəlif hərbi avadanlıqlar verilmişdi. ABŞ tərəfindən Qazaxıstana, Azərbaycana, Türkmənistana hərbi yardım edilmişdi ki, Xəzərdə təhlükəsizlik təminatı həyata keçirilsin". 


Parlament üzvü vurğulayıb ki, Co Bayden hakimiyyətə gəldikdən sonra ABŞ Əfqanıstandan tələm-tələsik çıxdı dərhal 907-ci düzəliş yenidən qüvvəyə mindi: 

"Bayden bu düzəlişin qüvvədən salınması ilə bağlı Konqresə müraciət etmədi. Biz də bundan nəticə çıxartdıq. İndi baxmayaraq ki, Əfqanıstan məsələsi yoxdu, Tramp administrasiyası 907-ci düzəlişin ləğvinə dair hazırlıq görür. Əlbəttə, Azərbaycan indi kifayət qədər güclüdür və ABŞ-nin 30-50 milyon dollarlıq yardımlarına ehtiyacı yoxdur. Sadəcə olaraq Azərbaycana verilmiş hərbi avadanlıqların modernizasiyasına, ehtiyat hissələrinin dəyişməsinə ehtiyac yarana bilər. Həmçinin, bu prosesin siyasi yükü də var. Ədalətsiz düzəlişin saxlanması Azərbaycana qarşı münasibətin təzahürü idi". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Avqust 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri