Icma.az
close
up
RU
Rasim Musabəyovdan Peskova CAVAB: “Məsuliyyət çeçen knyazı Kadırovun üzərinə düşür”

Rasim Musabəyovdan Peskova CAVAB: “Məsuliyyət çeçen knyazı Kadırovun üzərinə düşür”

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova cavab verib. 
Bizim.Media “minval.az”a istinadən xəbər verir ki, Peskov azərbaycanlı deputatın Rusiya tərəfinin üzr istəməsi və ölümlə nəticələnən fəlakətə görə məsuliyyəti öz üzərinə götürməsi barədə bəyanatına
 

MÖVZU İLƏ BAĞLI:
Peskovdan təyyarə qəzası ilə bağlı AÇIQLAMA – VİDEO


“Bütün ehtimallara görə, bu hadisəyə görə məsuliyyət Rusiyada xüsusi statusa malik olan çeçen knyazı Kadırovun üzərinə düşür və onun ünvanına nə isə demək olar, yoxsa yox, son nəticədə yalnız Rusiya Prezidenti Vladimir Putin müəyyən edə bilər.  
İstintaqın nəticəsini gözləyirlər? Düşünürəm ki, onların gözlədiyi bu deyil. Onlar prezident Putinin bu məsələ ilə bağlı hansısa qərar verməsini gözləyirlər”, - Musabəyov bildirib. 
Deputat hesab edir ki, istənilən halda Kreml bilməlidir ki, bu hadisəyə qiymət verməkdən və öz məsuliyyətini boynuna almaqdan qaçmaq mümkün deyil: 
“Rusiyanın reaksiyası qeyri-qənaətbəxş olsa belə, bizim Rusiya ilə münasibətləri kəsəcəyimiz ehtimalı azdır. Amma mən şübhə etmirəm ki, bu, bizim ikitərəfli münasibətlərimizdə son dərəcə mənfi iz buraxacaq”. 

Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.


Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb. İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.  
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Dekabr 2024 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri