Rasim, yolunu gözləyirdim, amma bu cür yox Video
Axsham.az saytına istinadən Icma.az xəbər verir.
"Danışmaq çətindir. Dünənki xəbər mənə çox pis təsir etdi. Doğrudan da Azərbaycan kinosuna dəhşətli bir itki baş verdi. Əsl Azərbaycan kinosunun siması olan Rasimi itirdik".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Şəfiqə Məmmədova Xalq artisti Rasim Balayevlə vida mərasimində deyib. O, mərhum həmkarı haqda danışarkən kövrəlib:
"Bu anda Rasimin barəsində keçmişdə danışmağa dilim gəlmir. Nə qədər qəribə də olsa ona müraciət edəcəyəm. Rasim, biz sənin yolunu çox gözlədik. Sənin üçün çox darıxmışıq. Dedik ki, gələr... Planlarımız, deyiləsi sözüm çox idi. Demədim ki, belə qayıt. Rasim, sən çox şərəfli bir ömür yaşadın. Düz yaşadın. Azərbyacan kinosunun tarixinə o qədər töhvələr verdin ki... Adın tariximizə gözəl hərflərlə yazıldı. Dostluqda çox sadiq, vəfalı idi. Dostları ilə qürur duyurdu. Əsl Xalq artisti idin. Azərbaycan xalqı və gələcək nəsl səni unutmayacaq. Səni yaratdığın obrazlar yaşadacaq. Əlvida, Rasim".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 30 Mart 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















