Rassellin Bakıdakı qələbəsi “Formula 1” tarixində ən yaxın finişlərdən biridir
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
"Mercedes"in britaniyalı pilotu Corc Rassellin "Formula 1"in cari mövsümünün 15-ci mərhələsi - Bakıdakı Azərbaycan Qran-prisindəki qələbəsi yarışlar tarixində ən yaxın finişlərin top-10-luğuna daxil edilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Report" yarışın mətbuat xidmətinə istinadən məlumat verir.
Britaniyalı ikinci yerdə finişə çatan niderlandlı Maks Ferstappeni ("Red Bull") 0,196 saniyə üstünlüklə üstələyib ki, bu da çempionatda 2002-ci ildən bəri ən sıx finiş olub. pizza sifarişi
Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərin siyahısında onuncu yeri tutub.
Bu reytinqdə doqquzuncu yerdə 2002-ci ilin Avstriya Qran-prisidir. Yalnız qalib gələn Mixael Şumaxer ikinci yeri tutan Rubens Barrikellonu 0,182 saniyə qabaqlayıb.
Rekord 1971-ci ildə İtaliya Qran-prisində müəyyən edilib. O zaman Piter Qetin Ronni Petersondan 0,010 saniyə tez çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 26 Sentyabr 2026 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















