Rauf Məmmədov Dünya kubokuna vəsiqə qazanıb İdman və Biz
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan şahmatçısı Rauf Məmmədov Dünya kubokuna vəsiqə qazanıb.
İdman.biz xəbər verir ki, 36 yaşlı qrossmeyster bu hüquqa Monteneqronun Petrovaç şəhərində keçirilən Avropa çempionatında yiyələnib.
Məmmədov yarışın son turunda Momçil Petkovla (Bolqarıstan) qarşılaşıb və qələbə qazanıb. Bununla da aktivindəki xalını 7,5-ə yüksəldən şahmatçımız çempionatı 14-cü yerdə bitirib. Bu mövqe ona Dünya kubokuna vəsiqə verib.
Məhəmməd Muradlı da çempionatı 7,5 xalla bitirib. Lakin o, əlavə göstəricilərə görə 22-ci pilləni tutub və Dünya kubokuna vəsiqə əldə edə bilməyib.
İdman.biz
Baxış sayı:90
Bu xəbər 20 Noyabr 2024 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















