Icma.az
close
up
RU
Liftə görə ölümlər niyə baş verir? Açıqlama

Liftə görə ölümlər niyə baş verir? Açıqlama

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Ötən gün paytaxtdakı "Laçın" Ticarət Mərkəzində baş verən bədbəxt hadisə narahatlıq doğurub. Belə ki, ticarət mərkəzinin əməkdaşı liftin şaxtasına düşərək həyatını itirib. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
Bəs bu cür faciələr hansı təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verə bilər? İş yerlərində lift və texniki avadanlıqlarla bağlı risklərin qarşısının alınması üçün işəgötürənlər hansı tədbirləri görməlidirlər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən təhlükəsizlik eksperti Samir Nəbiyev bildirib ki, ilk növbədə hüquq-mühafizə orqanlarının araşdırmasının yekununu gözləmək lazımdır. Onun sözlərinə görə, araşdırma başa çatdıqdan sonra hadisə ilə bağlı rəsmi məlumat açıqlanacaq.

Ekspert bildirib ki, hazırda yalnız mümkün ehtimallar üzərində dayanmaq olar:
“Bu mərhələdə hadisənin konkret səbəbi barədə qəti fikir söyləmək doğru olmaz. Çünki hadisənin baş vermə şəraiti, texniki vəziyyət, şahid ifadələri və digər sübutlar yalnız araşdırma yekunlaşdıqdan sonra tam qiymətləndiriləcək. Buna görə də hazırda səsləndirilən bütün fikirlər yalnız ehtimal xarakteri daşıyır. Ehtimallardan biri şaxta qapısının bloklanma sistemində nasazlığın yaranması və ya sistemin sıradan çıxmasıdır. Əgər bloklanma sistemi düzgün işləməyibsə və ya texniki nasazlıq səbəbindən öz funksiyasını yerinə yetirməyibsə, bu, bədbəxt hadisənin baş verməsinə səbəb olmuş ola bilər. Digər mümkün ehtimal isə ərazinin lazımi qaydada mühafizə olunmamasıdır. Əgər həmin ərazidə iş aparılırsa, o, mütləq sərt baryerlərlə çəpərlənməli, xəbərdaredici nişanlarla təmin edilməli və giriş tam şəkildə məhdudlaşdırılmalıdır. Təhlükəli zonalara nəzarətsiz girişə yol verilməməsi istehsalat təhlükəsizliyinin əsas tələblərindən biridir.
Bundan əlavə, əgər ərazidə mexaniki, hidravlik və ya elektrik enerjisi ilə işləyən avadanlıqlar varsa, iş başlamazdan əvvəl onlar enerji mənbəyindən ayrılmalı və enerji təhlükəsizliyi tam təmin edilməlidir. Bu sahədə enerjinin təcrid edilməsi prinsipi xüsusi əhəmiyyət daşıyır. Yəni avadanlığın təsadüfən işə düşməsinin qarşısı alınmalı, bütün enerji mənbələri nəzarət altına götürülməlidir. Əks halda, gözlənilməz hərəkət və ya avadanlığın qəfil işə düşməsi ağır xəsarətlərə və ya ölümlə nəticələnən hadisələrə səbəb ola bilər.
İşlərin icrası zamanı iş icazəsi (naryad-buraxılış) sənədi rəsmiləşdirilməli, risk qiymətləndirilməsi aparılmalı və həmin qiymətləndirməyə uyğun nəzarət tədbirləri həyata keçirilməlidir. Risk qiymətləndirilməsi zamanı görüləcək işin bütün mərhələləri təhlil olunmalı, mövcud təhlükələr müəyyən edilməli və onların aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər planlaşdırılmalıdır. Bu proses yalnız sənəd üzərində aparılan formal prosedur deyil, real təhlükələrin qiymətləndirilməsi və idarə olunması mexanizmidir.
Eyni zamanda, hündürlükdən yıxılma və şaxtaya düşmə risklərinə qarşı mühafizə sistemləri təmin edilməli, fərdi mühafizə vasitələrindən istifadə olunmalı, səriştəsiz və ya icazəsiz şəxslərin şaxtaya daxil olmasına yol verilməməlidir. Belə ərazilərə yalnız müvafiq təlim keçmiş, səlahiyyət verilmiş və təhlükəsizlik qaydaları ilə tanış olan şəxslərin daxil olmasına icazə verilməlidir. Bu nəzarət mexanizmləri pozulduqda bədbəxt hadisələrin baş vermə ehtimalı əhəmiyyətli dərəcədə artır.
Yekun olaraq qeyd etmək olar ki, texniki baxış və servis işlərinə lazımi nəzarətin olmaması da bədbəxt hadisələrə səbəb ola bilər. Avadanlıqların dövri texniki baxışdan keçirilməməsi, nasazlıqların vaxtında aradan qaldırılmaması və profilaktik xidmətlərin gecikdirilməsi risk amillərini artırır. Bu səbəbdən texniki xidmət və mütəmadi nəzarət təhlükəsizlik sisteminin ayrılmaz hissəsi hesab olunur.
Burada məsuliyyət iki istiqamətdə qiymətləndirilə bilər. Bir tərəfdən, işəgötürən qanunvericiliklə müəyyən edilmiş öhdəlikləri yerinə yetirməmiş, təhlükəsizlik tələblərinə əməl etməmiş, lazımi nəzarəti təşkil etməmiş və ya işçiləri kifayət qədər təlimatlandırmamış ola bilər. Digər tərəfdən isə işçi texniki təhlükəsizlik qaydalarına riayət etməmiş, verilmiş göstərişlərə əməl etməmiş və ya fərdi mühafizə vasitələrindən istifadə etməmiş ola bilər. Bu hallar araşdırma zamanı ayrıca qiymətləndiriləcək.
Bütün bunlar yalnız rəsmi araşdırmanın nəticələri əsasında dəqiq müəyyən ediləcək və müvafiq dövlət qurumu tərəfindən ictimaiyyətə açıqlanacaq.
Çünki belə hadisələrdə insan amili də mühüm rol oynayır və bu amili tam nəzarətdə saxlamaq hər zaman mümkün olmur. Məhz buna görə də istehsalat sahələrində təhlükəsizlik tədbirləri yalnız texniki vasitələrlə deyil, həm də davamlı nəzarət, təlim, maarifləndirmə və risklərin idarə olunması prinsipləri əsasında təşkil edilməlidir. Bu yanaşma həm bədbəxt hadisələrin qarşısının alınmasına, həm də əmək təhlükəsizliyi mədəniyyətinin formalaşmasına xidmət edir”, – deyə ekspert fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Avqust 2026 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see403

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see357

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see354

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see338

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see301

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see291

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see286

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see273

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see270

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see264

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see264

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see260

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see250

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see247

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see247

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see219

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see216

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see214

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see189

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri