Icma.az
close
up
RU
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb Həkimdən şok açıqlama

Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb Həkimdən şok açıqlama

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Bu gün rayonlardan paytaxtda yerləşən tibb ocaqlarına üz tutan sakinlərin sayı kifayət qədərdir. Buna səbəb isə bölgədəki xəstəxanalara və orada fəaliyyət göstərən həkimlərə əhalinin inamsızlığıdır.

Çoxları iddia edir ki, rayon yerində yetəri qədər biliyi olan həkim tapmaq müşkülə çevrilib. Elə məhşurlar da bu fikri təsdiqləyirlər. Bir neçə gün bundan öncə Aşıq Namiq Fərhadoğlunun atası Şəmkir rayonunda yerləşən xəstəxanaların birində edilən əməliyyatdan sonra dünyasını dəyişdi. Sənətçinin efirdə səsləndirdiyi iddialara görə, bu, həkim səriştəsizliyinin nəticəsi olub.  İfaçı bu hadisədən danışarkən atasını dəfələrlə Bakıdakı xəstəxanalarda müayinə etdirmək istədiyini, bölgədəki tibb ocaqlarına güvənmədiyini dilə gətirmişdi.

Maraqlıdır, rayonlarda işləyən həkimlərin paytaxtdakılardan fərqi nədir? Niyə əhali arasında onlara inam aşağı səviyyədədir?

Həkim-terapevt Rasif Bağırov bu barədə sualları “Yeni Sabah”a cavablandırarkən iddialara belə aydınlıq gətirib:

“Bu fikirlərdə müəyyən qədər həqiqət var. Həqiqət ondan ibarətdir ki, rayon yerində rəqabət demək olar ki, yoxdur. Kim harada təyin olunub işləyirsə, hökumətdən maaş alır və belə də yaşayır. Yəni təminatı o istiqamətdə həyata keçirir. Amma Bakıda vəziyyət başqa cürdür. Burada çox güclü rəqabət var. Özəl və dövlət klinikalarında kifayət qədər həkimlər işləyir. Bu həkimlərin içərisində kimsə kifayət qədər xəstə kontingenti toplaya bilirsə, o, ancaq öz biliyi sayəsində bunu bacarır. Doğrudur, bəzən efirlərdə reklamlar vasitəsilə də həmin prosesi həyata keçirmək mümkündür. Amma o da çox uzunömürlü olmur. Bir müddət sonra insanlar reallığı bildikdə belə yerlərdən uzaqlaşırlar”.

Həkim bildirib ki, şəhərdəki rəqabətə tab gətirən, insanları öz ətrafına toplamağı bacaran həkimlər həqiqətən də savadlı, qabiliyyətli həkimlərdir:

“Xəstələrə də həmin həkimlərin təsiri çox olur. Bölgələrdə fəaliyyət göstərən həkimlər öz üzərində çalışmır. Bilir ki, yanına gələn xəstənin imkanı zəif olduğuna görə, şəhərdəki tibb ocaqlarına üz tuta bilməyəcək və məcbur olub onların qəbuluna gedəcək. Öz üzərində çalışmayan həkimlər də xəstələrə lazımi kömək göstərə bilmirlər. O nöqteyi-nəzərdən bugün rayondan Bakıya elə xəstəni göndərirlər ki, onu həmin bölgə xəstəxanasında da müalicə etmək olar. Biz həmin həkimlərlə fikir mübadiləsi apararkən də məlum olur ki, öz üzərilərində çalışmır və universitet vaxtında öyrəndikləri biliklərə əsasən fəaliyyətlərini davam etdirirlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 Noyabr 2024 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri