Icma.az
close
up
RU
“Reabilitasiya mərkəzlərinin sayı və imkanları kifayət deyil” EKSPERT ŞƏRHİ

“Reabilitasiya mərkəzlərinin sayı və imkanları kifayət deyil” EKSPERT ŞƏRHİ

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Narkomaniya bütün dünyada olduğu kimi, Azərbaycanda da aktual məsələlərdən biridir.

Onunla mübarizədə profilaktika, müalicə və reabilitasiya tədbirlərinin düzgün qurulması vacib rol oynayır.

Reabilitasiya mərkəzləri isə bu prosesin əsasını təşkil edir.

Bəs mövcud imkanlar bu problemin qarşısını almağa nə dərəcədə kömək edir?

Regional Sosial Təşəbbüslərə Dəstəİctimai Birliyinin sədri, ekspert Emil Maqalov mövzunuGununsesi.infoya belə şərh edib:

“Mən bu sahədə fəaliyyət göstərən biri kimi deyə bilərəm ki, müalicəyə ehtiyacı olan çoxlu sayda insan olsa da, reabilitasiya mərkəzlərinin sayı və imkanları kifayət deyil. Vətəndaşlar narkotikdən xilas olmaq üçün müalicəyə yönləndirilsə də, çox zaman mərkəzlərdə boş yer olmur. Ən böyük problemlərdən biri isə insanların maddi imkanlarının belə mərkəzlərdən istifadə etməyə çatmamasıdır.

Məsələ ondadır ki, bu istiqamətdə fəaliyyət göstərən qaynar xətlər, məsələn, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 802 qaynar xətti, birbaşa müalicə xidməti göstərə bilmir. Buraya müraciət edən insanlar kömək istəsələr də, əsas məqsəd onları müvafiq müalicə mərkəzinə yönləndirməkdir. Lakin yer olmadığı halda proses dalana dirənir. Ona görə ilk növbədə müalicə və reabilitasiya mərkəzlərinin sayı artırılmalı və onların yaxşı maliyyələşdirilməsi təmin edilməlidir.

Mənim praktikamda belə hallar olub ki, iki dəfə uğursuz müalicə görmüş şəxsləri yenidən qəbul etmişəm. Çünki bəziləri sadəcə istifadə məqsədilə müalicədən çıxmaq istəyə bilər”.

Ekspertin sözlərinə görə, bu səbəbdən müəyyən şərtlər tətbiq olunmalı və sistemdən sui-istifadənin qarşısı alınmalıdır:

“Lazımi maliyyə itkisini isə düzgün idarəetmə ilə minimuma endirmək olar. Bu məsələ yalnız müalicə və reabilitasiya mərkəzlərinin açılması ilə real həllini tapa bilər.

Əminəm ki, bu metod tədbiq olunarsa, problemin 50%-nin qarşısı alınacaq. Xarici təcrübə də bunu təsdiqləyir — sərtləşdirmə təkbaşına effekt vermir. Məsələn, Kubada ölüm hökmü mövcud olsa da, narkotik istifadəsi hələ də yüksək səviyyədədir.

Problemin həlli kompleks yanaşma tələb edir. Məktəblərdə erkən maarifləndirmə işləri aparılmalı, QHT-lərin fəaliyyəti düzgün tənzimlənməli, donor vəsaitləri məqsədli istifadə olunmalıdır. Dövlət isə bu prosesdə mühüm rol oynamalı, mərkəzlərin xərclərinin təxminən 50%-ni qarşılamaqla həm sistemin dayanıqlığını, həm də insanların müalicəyə çıxışını təmin etməlidir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Avqust 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see244

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see234

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see223

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see197

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see192

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see177

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see175

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see166

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see162

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see160

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see150

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see148

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see145

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see141

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see136

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see131

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see130

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see129

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see124

“9990” və “7770” dən gələn zəng təhlükəlidir? RƏSMİ

14 Noyabr 2025 18:36see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri