Icma.az
close
up
RU
Reabiltasiya Mərkəzinin direktor və işçiləri ilə bağlı qərar açıqlandı KONKRET

Reabiltasiya Mərkəzinin direktor və işçiləri ilə bağlı qərar açıqlandı KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Ali Məhkəmədə Abşeron rayonunun Novxanı qəsəbəsində fəaliyyət göstərən “Uğur Yolu” Reabiltasiya Mərkəzinin direktor Şamil Minyayev və işçiləri Elman Mehdiyev ilə Turxan Allahverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, hər üç şəxs mərkəzə məcburi müalicəyə gətirilmiş gəncin ölümünə görə ittiham olunublar.

Məlumata görə, “Uğur yolu” narkotik və digər asılılıqlardan reabilitasiya mərkəzi kimi fəaliyyət göstərir. Mərkəzdə 12 addım proqramı ilə müalicə tətbiq olunur.

Belə ki, 2023-cü ildə reabilitasiya mərkəzində özünü hovuza atan gəncin ölməsi ilə bağlı məlumat yayılmışdı. İstintaqla müəyyən olunub ki, hovuzdan çıxarıldıqdan sonra vəfat edən 27 yaşlı Roma Fataxov elə həmin gün məcburi reabilitasiyaya cəlb edilibmiş. İstintaq materiallarında yazır ki, Romanın yaxınları mərkəzə müraciət edərək onun məcburi müalicəyə cəlb edilməsini istəyiblər. Roma özü isə ailəsindən ayrı evdə yaşadığı üçün bundan xəbərsiz olub. Ailə üzvləri ilə əməkdaşlar arasında razılaşma belə olub ki, Roma evdən çıxan kimi tutulub mərkəzinə gətirilsin.

Qanun pozuntusu da elə buradan başlayıb. Direktor Minyayev və işçiləri narkotik asılılığından əziyyət çəkən gəncə özlərini polis əməkdaşları kimi təqdim edərək onu avtomobilə mindiriblər. Roma mərkəzə çatdıqdan sonra nə baş verdiyini anlayıb. O, yüksək səslə qışqıraraq müqavimət göstərib. Üstündən bir neçə dəqiqə keçdikdən sonra Roma mərkəzin içi su ilə dolu hovuzunda halsız vəziyyətdə aşkar edilib. Dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Həkim rəyinə əsasən, zərərçəkmiş şəxsin ölümünə səbəb tənəffüs yollarının su ilə tutulması nəticəsində əmələ gəlmiş mexaniki asfiksiya səbəb olub.

Hadisəyə görə, Şamil Minyayevə Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma), digərlərinə isə 32.5, 309.2-ci (vəzifə saxtakarlığına cəhd) maddəsi ilə ittiham verilib.

Amma müttəhimlər heç biri özlərini təqsirli bilməyiblər.

Romanın yaxınları isə təqsirləndirilən şəxslərdən ikisindən-Şamil və Turxandan şikayətçi olublar. Üçüncü şəxsi tanımadıqlarını deyiblər.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mərkəzin direktoru Şamil Minyayev 4 il, Turxan Allahverdiyev 3 il azadlıqdan məhrum edilib. Elman Mehdiyevə isə şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Sentyabr 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see449

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see182

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see140

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see138

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri