“Real Madrid” 10 futbolçusunu sata bilər
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 24 may, AZƏRTAC
Baş məşqçi vəzifəsi üçün Joze Mourinyo ilə anlaşan İspaniyanın “Real Madrid” komandası heyətlə bağlı ciddi islahatlar aparacaq.
AZƏRTAC xəbər verir ki, “kral klubu” daha yaxşı heyət formalaşdırmaq üçün 10 futbolçusunu sata bilər. Yeni oyunçuların seçimi zamanı isə əsas diqqət ada və ya keçmiş nailiyyətlərə deyil, intizam və psixoloji möhkəmliyə yönələcək.
İddiaya görə, satışa çıxarılacağı gözlənilən futbolçular arasında Vinisius Junior, Eduard Kamavinqa, Daniel Sebalyos, Ferlan Mendi, Andrey Lunin və Qonsalo Qarsiya kimi adlar da var. Federiko Valverde və Orelyen Çuameni ilə bağlı qərar isə daha sonra qəbul olunacaq.
Qeyd edək ki, hazırda “Benfika”nın baş məşqçisi olan Joze Mourinyonun “Real Madrid”ə təyinatı yaxın günlərdə açıqlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 24 May 2026 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















