“Real tarix və “böyük Ermənistan” uydurması” kitabının onlayn versiyası 11 dildə təqdim edilib
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Real tarix və “böyük Ermənistan” uydurması” kitabının onlayn versiyası 11 dildə - Azərbaycan, türk, rus, ingilis, gürcü, ərəb, fars, alman, ispan, fransız və ibri dillərində Azərbaycan Tarixi Elektron Kitabxanasında yerləşdirilib.
Bakıvaxtı.az-ın məlumatına görə, əsərin müəllifi AMEA-nın müşaviri, akademik Yaqub Mahmudovdur.
Kitabda ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigiyalılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir. İlk dəfə olaraq sübut edilir ki, müasir ermənilər “Armeniya”, “armyane”, “erməni” adlarına Şərqi Anadoluya köçüb gəldikdən sonra sahib çıxıblar. Tarixdə heç zaman “böyük Ermənistan” adlanan dövlət qurumu olmayıb.
“Böyük Ermənistan” anlayışı Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına sahib çıxmaq məqsədilə erməni saxtakarları tərəfindən sonradan uydurulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 17 İyun 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















