“Real”ın futbolçusuna sərt cəza Sərxoş halda maşın sürüb
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Real”ın futbolçusu Raul Asensio sərxoş halda avtomobil idarə etdiyinə görə cəzalandırılıb.
QOL.az İspaniya mətbuatına istinadən xəbər verir ki, futbolçu avqustun 16-da San-Bartolome-de-Tiraxanada yol polisi tərəfindən saxlanılıb və alkoqol testinin nəticəsi müsbət çıxıb.
Məhkəmənin qərarına əsasən, Asensionun 8 ay müddətinə sürücülük hüququ məhdudlaşdırılıb. Bundan başqa, ona 4 ay ərzində hər gün 120 avro olmaqla cərimə kəsilib. Bu isə ümumilikdə təxminən 14 400 avro edir.
Asensionu yaxın günlərdə daha bir məhkəmə prosesi gözləyir. O, yetkinlik yaşına çatmayan şəxsin də yer aldığı seksual məzmunlu videonun yayılması ilə bağlı iş üzrə sentyabrın 3, 4 və 7-də keçiriləcək məhkəmə iclaslarında mühakimə olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 02 Sentyabr 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















