Realın kapitanı cari mövsümün sonunda komandadan ayrıla bilər
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
İspaniyanın "Real" klubunun kapitanı Daniel Karvahal cari mövsümün sonunda komandadan ayrıla bilər.
Bakıvaxtı.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi 34 yaşlı müdafiəçinin müqavilə müddətinin uzadılması ilə bağlı hələ yekun qərar verməyib.
Klub artıq mümkün gedişi nəzərə alaraq, onun mövqeyinə alternativ oyunçu variantlarını dəyərləndirməyə başlayıb.
Qeyd edək ki, Karvahal 2013-cü ildən etibarən "Real"ın formasını geyinir. Onun klubla mövcud müqaviləsi 2025/2026 mövsümünün sonuna qədər qüvvədədir. Futbolçu bu mövsüm 10 oyunda iştirak etsə də, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.
"Transfermarkt" portalı futbolçunun transfer dəyərini 7 milyon avro olaraq qiymətləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 10 Fevral 2026 00:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















