“Real”ın təklifini rədd edən Vinisius Peresdən bunu tələb etdi
Icma.az, Metbuat saytına istinadən bildirir.
“Real Madrid”in Vinisius Juniora təklif etdiyi yeni müqavilənin detalları məlum olub.
Metbuat.az xəbər verir ki, futbolçu təklifin maddi tərəfdən onu qane etmədiyini irəli sürərək, rədd edib. “The Athletic”də dərc edilən xəbərə görə, “Real” futbolçuya Kilian Mbappenin qazandığı kimi 15 milyon avro maaş təklif edib. Lakin futbolçu daha yüksək məbləğ tələb edib. Xəbərdə deyilir ki, Vinisiusun nümayəndələri Mbappenin 15 milyon avroluq məvacibindən əlavə gəlirlərinin olduğunu irəli sürərək, Vinisiusa da oxşar müqavilənin təklif edilməsini tələb ediblər.
Qeyd edək ki, Vinisius Juniora Səudiyyə Ərəbistanı klublarından təklif olduğu barədə xəbərlər dərc edilib. Məlumata görə, futbolçu 5 illik təklifi qəbul edərsə, 1 milyard avro gəlir əldə edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 12 Fevral 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















