Icma.az
close
up
RU
Rəfail Becanov: Bunu təkcə Rusiya yox, hər bir dövlət, onun rəhbəri bilməlidir ki...

Rəfail Becanov: Bunu təkcə Rusiya yox, hər bir dövlət, onun rəhbəri bilməlidir ki...

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan istər tərəfdaşlıqda, istər müttəfiqlikdə qarşılıqlı etimada və hörmətə əsaslanan siyasət yürüdür. Ona görə də Azərbaycanın etibarlı tərəfdaş imicini hər kəs etiraf edir. Prezident İlham Əliyevin mövqeyi, apardığı siyasət Azərbaycana bu imici qazandırıb. Sözünü birmənalı şəkildə tutan, hər zaman ona sayğıyla yanaşan Prezident olaraq İlham Əliyev dünya siyasətində xüsusi seçilən liderdir. Lakin bəzən bunun qarşılığını görmürük".
Bu sözləri Demokrat.az-a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib. 
O bildirib ki, Rusiya tərəfindən dəfələrlə Azərbaycana qarşı qeyri-səmimi münasibətin şahidi olmuşuq:
"Qroznı səmasında təyyarə qəzası baş verəndə, daha doğrusu vurulanda müxtəlif bəhanələrlə günahı üzərindən atmaq istədi. Lakin baş verən hadisə faktlarla sübut ediləndən sonra geri çəkildilər, müəyyən etiraflar etdilər. Rusiya Prezidenti rəsmi şəkildə üzr istədi. Lakin yenə də prosesi sona qədər aparmamağa çalışırlar. Elə düşünürlər ki, unudulacaq. Baş verən qəzadan 5 ay keçir. Qəsdən istintaq hərəkətləri yubadılır, günhakarların cəzalanması təmin edilmir. Bu hərəkətlər artıq müttəfiqliyə və bərabərhüquqlu münasibətlərə elə Rusiya tərəfindən vurulan zərbədir".

Onun sözlərinə görə, məsələ bununla da bitmir:

"Ölkəmizin aparıcı media resurslarına kiber hücum təşkil edilir. Azərbaycan parlamentinin deputatı xəbərdarlıqsız, rəsmi bildiriş olmadan deport edilir. Bütün bunlar nə deməkdir? Təbii ki, Rusiyanın qeyri-səmimi siyasi xətt yürütdüyünü göstəricisidir. Lakin Rusiya tərəfi bunu unudur ki, ola bilsin, belə hərəkətlər, mövqe sərgiləmək başqa ölkələrə qarşı keçərlidir. Lakin bunlar Azərbaycana qarşı keçərli deyil. Azərbaycan dövlət qürurunu hər zaman uca tutub. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, bizim müstəqil siyasi kursumuz var və heç kimdən asılı deyilik. Bizimlə dostluq, əməkdaşlıq qarşılıqlı hörmətə əsaslanmalıdır. Azərbaycan bərabərhüquqlu siyasi tərəfdaşlıq prioritetlərini əsas götürərək, ümumi fayda təmin edəcək qarşılıqlı maraqlara əsaslanmayan mövqeni, davranışı qəbul etmir.

Müttəfiqlik, tərəfdaşlıq, dostluq qarşılıqlı etimad və etibara əsaslanan bərabər hərəkət, həmrəylikdirsə, Rusiya tərəfindən biz bunun dəfələrlə pozulduğunun şahidi olmuşuq. Ona görə də Prezident İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmaması Rusiya dövlətini düşündürməlidir və etdiklərindən nəticə çıxarmalıdırlar. Bunu təkcə Rusiya yox, eyni zamanda hər bir dövlət, onun rəhbəri bilməlidir ki, Azərbaycanla münasibətlər ancaq qarşılıqlı hörmət və bərabərhüquqlu siyasətə əsaslanmalıdır. Bizim üçün böyük-kiçik dövlət yoxdur. Bizim üçün qarşılıqlı, bərabərhüquqlu münasibətlər var".

“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 May 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri