Icma.az
close
up
RU
Regiona gözlənilməz hava gəldi: Bakıda və rayonlarda BELƏ OLACAQ

Regiona gözlənilməz hava gəldi: Bakıda və rayonlarda BELƏ OLACAQ

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər Bakı və Abşeron yarımadası başda olmaqla ölkənin bir çox bölgəsində hava şəraiti qeyri-sabit və dəyişkən xarakter alıb. Gün ərzində temperatur kəskin dəyişir, səhər və axşam saatlarında soyuq, günorta isə nisbətən isti hava müşahidə olunur. Yaz fəslinin ortası hesab olunan apreldə havaların daha sabit və mülayim keçməsinin gözlənildiyi halda, qeyri-adi dəyişkənlik diqqət çəkir.

Bəs görəsən, bu dəyişkənliyin arxasında hansı iqlim prosesləri dayanır və yaxın günlərdə hava sabitləşəcəkmi?

Moderator.az xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli bildirib ki, əslində aprel ayı ölkə üzrə hər zaman yağıntılı və dəyişkən hava şəraiti ilə seçilib:

"Bakı və Abşeron yarımadası ərazisində son illər iqlim dəyişiklikləri və urbanizasiya, xüsusilə də betonlaşma səbəbindən yağıntılar bəzən az müşahidə olunsa da, bu, ümumi tendensiyanı dəyişmir. Abşeron yarımadası yarımsəhra iqlim qurşağında yerləşdiyi üçün burada hava şəraiti tez-tez dəyişkən olur. Bəzən yağıntılar az olur, bəzən isə əksinə, normadan çox qeydə alınır. Ümumilikdə isə ölkənin digər bölgələrində aprel ayı həmişə yağıntılı keçib. Sadəcə, bu il həmin yağıntılar soyuq hava ilə müşayiət olunduğu üçün insanlara daha fərqli və qeyri-adi təsir bağışlayır”.

Ekoloq qeyd edib ki, müşahidə olunan bu hava dəyişiklikləri yeni hal deyil və müəyyən dövrlərlə təkrarlanır:

“Belə hallar əvvəllər də olub. Təxminən hər bir neçə ildən bir və ya onilliklər ərzində bu cür hava şəraiti təkrarlanır. Yəni bu, tamamilə təbii prosesdir və ciddi narahatlıq doğurmamalıdır. Yaxın aylarda hava şəraitinin daha da sabitləşəcəyi gözlənilir. Ümid edirəm ki, may ayı daha isti və normal keçəcək. Mən dəfələrlə şahidi olmuşam ki, aprel ayında gündüz yay geyimində gəzdiyimiz halda, axşamlar hava yağışlı və sərin olub. Bu, yaz fəslinin xarakterik xüsusiyyətidir”.

Onun sözlərinə görə, əsas narahatlıq doğuran məqam kənd təsərrüfatı ilə bağlıdır:

“Əsas məsələ odur ki, meyvə ağacları erkən şaxtaya düşməsin və don vurmasın. Qalan bütün hallar keçicidir. Hətta tarixdə may və iyun aylarında belə qeyri-adi hava şəraitləri, hətta qar yağdığı belə olub”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Aprel 2026 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri