“Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyi Qalağayın kəndində seminar təşkil edib FOTOLAR
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
“Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyi layihə çərçivəsində 15 avqust 2025-ci ildə Sabirabad rayonu Qalağayın kəndində seminar təşkil edib.
"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, tədbiri layihə rəhbəri V.Quliyev açaraq iştirakçılara layihənin məqsəd və vəzifələri barədə məlumat verib.
Ekspert A.Adilov fermerlərə torpağın hazırlanması, səpin, gübrələmə, suvarma, alaq otlarına qarşı mübarizə və məhsul yığımı kimi aqrotexniki tədbirlər barədə geniş izahat verib. O, həmçinin yeni yaradılmış davamlı taxıl sortlarının bölgədə tətbiqinin əhəmiyyətini vurğulayıb.
Fermerlər kənd təsərrüfatında qarşılaşdıqları çətinlikləri səsləndirərək su çatışmazlığı məsələsini xüsusi qeyd ediblər. Layihə rəhbəri və ekspert fermerlərin bu təkliflərini nəzərə alaraq, kənd təsərrüfatı nazirliyinə (KTN) müraciət edilərək Qalağayın kəndində çoxsaylı fermerlərin təsərrüfatlarında istifadəsi üçün bir ədəd su nasosunun quraşdırılması ilə bağlı Təkliflər Paketi hazırlanacağını bildirib.
Seminarın sonunda suallar cavablandırılıb, müzakirələr aparılıb və tədbir iştirakçılar tərəfindən müsbət qarşılanıb.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 18 Avqust 2025 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















