Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Regional sülh, “3+3” və Rusiyanın Cənubi Qafqaza baxışı

Regional sülh, “3+3” və Rusiyanın Cənubi Qafqaza baxışı

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Durum əvvəl necə idi, indi nə haldadır?

“Bu mühüm regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə ölkələrimizin regional əməkdaşlıq platforması olan “3+3” formatında iştirakının davam etdirilməsi kömək edəcək”. Bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla Moskvada keçirdiyi görüşdən sonra səsləndirib.

Bəli, Lavrovun fikirləri Azərbaycanın və Türkiyənin təşəbbüsü ilə 2021-ci ildə yaradılmış “3+3” regional məşvərət formatının əhəmiyyətini önə çəkir. Məlumat üçün bildirək ki, bu format çərçivəsində indiyədək Azərbaycanın, Türkiyənin, Rusiyanın, İranın və Ermənistanın XİN başçıları arasında 3 görüş (2021-ci ildə Moskvada, 2023-cü ildə Tehranda, 2024-cü ildə İstanbulda) reallaşıb. Adları çəkilən ölkələrlə yanaşı, mövcud platformada Gürcüstana da yer ayrılıb ki, rəsmi Tbilisi 2008-ci ilin rus işğalına görə burada təmsilçilikdən uzaq durur. Halbuki qurumun hər toplantısında ölkə üçün qapıların açıq olduğu vurğulanır. Yeri gəlmişkən, bu məqam Lavrov-Fidan təmasından sonra da açıqlandı.

Qeyd edək ki, “3+3” yaradılanda 44 günlük müharibə bitmiş, Qarabağda rus qoşunları yerləşdirilmişdi. Həmin vaxt Azərbaycan-Ermənistan normallaşmasında təşəbbüs Rusiyanın əlində olsa da, Qərb mövcud istiqamətdə müəyyən tədbirlər gerçəkləşdirirdi və bu tədbirlər nəticəsini verdi. 2023-cü ilin əvvəllərində Azərbaycan-Ermənistan şərti sərhədinin Ermənistan tərəfində Avropa İttifaqının hələ də varlığını sürdürən mülki müşahidə missiyası yerləşdiriləndə isə platformanın əhəmiyyəti daha da artdı. Bakı, Ankara, Tehran və Moskva qətiləşdirdilər: region region ölkələri üçündür.

Ümumən, “3+3”ün mahiyyətini regionda kənar qüvvələrin olmaması fəlsəfəsi təşkil edir. Bir neçə il əvvələ qədər isə Ermənistanın bu platformada təmsilçiliyi fəal deyildi. Rəsmi İrəvan daha çox İrana görə formatın toplantılarına qatılırdı. Həmin vaxt İrəvan Tehranı özünə real sipər sayır, ikinci isə, Moskva kimi, istəmirdi ki, regionda kənar oyunçular görünsün. Bu mənada Rusiya və İranın mövqeyi Azərbaycanın və Türkiyənin mövqeyi ilə uzlaşırdı. Nəzərə alaq ki, ölkəmiz də Aİ-nin Ermənistandakı missiyasına qarşı idi və yenə də eyni mövqedədir. O missiya ki, onun kənar qüvvə ampluası İrana da sərf etmir.

“Əmması” odur ki, Rusiya vaxtilə Cənubi Qafqaz baxımından son dərəcə vacib olan Azərbaycan-Ermənistan sülhünün yaradılmasına yönələn fəaliyyəti “3+3”dən kənarda təsvir edib. Ancaq 2023-cü ildə Azərbaycanın Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən, bölgədəki separatçı rejimin məhvindən, ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən, həmçinin rus sülhməramlılarının Qarabağdan çıxmasından sonra Kreml fərqli davranışa üstünlük vermək məcburiyyətində qaldı.

Məsələn, Lavrov 2025-ci il mayın 21-də İrəvan səfəri zamanı regional əməkdaşlıq üzrə “3+3” formatının potensialını vurğulamış və bildirmişdi ki, bu format region ölkələri arasında təhlükəsizliyin və dayanıqlı sülhün möhkəmləndirilməsi, eləcə də tərəfdaşlıq münasibətlərinin inkişafı üçün mühüm dayağa çevrilə bilər. O, bundan əvvəl, yəni 2024-cü ilin oktyabrında demişdi ki, Rusiya, Türkiyə və İran Azərbaycana və Ermənistana sülh müqaviləsi üzərində işi yekunlaşdırmaq üçün “3+3” platformasından istifadəni təklif ediblər: “Biz (Rusiya), türkiyəli və iranlı tərəfdaşlarımızla birlikdə İrəvan və Bakıdakı tərəfdaşlarımıza sülh müqaviləsi üzərində işi başa çatdırmaq üçün “3+3” platformasından istifadəni təklif etdik”. Daha bir “əmma” isə budur ki, S.Lavrovun timsalında rəsmi Moskva həmişə Bakı-İrəvan sülhü baxımından Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə keçirilmiş üçtərəfli görüşləri xatırladıb. Bu xatırlatmada Kremlin sülhü, bir növ, inhisara götürmək məramı duyulub. Rusiyada həmişə əsaslandırmağa çalışıblar ki, üçtərəfli görüşlər Cənubi Qafqazda sülh üçün baza rolunu oynayır. Halbuki Moskvanın həmin görüşlərin gündəliyinə Qarabağ amilini qatmaq istədiyi məlumdur. O amil ki, özündə münaqişə məntiqini saxlayır. Təsadüfi deyil ki, vaxtilə rəsmi Moskva Qarabağın artıq gorbagor olmuş statusu məsələsi ilə bağlı müzakirəni sonraya saxlamağı təklif etmişdi.

Ümumən, Rusiyanın Bakı-İrəvan münasibətlərində vasitəçilik ampluası Ermənistan rəhbərliyini razı salmayıb. Daha doğrusu, ölkənin arxasında dayanan Qərbi. Qərb deyəndə 2022-ci ildən sonra Azərbaycan-Ermənistan vasitəçiliyində təşəbbüsü ələ almış Avropa İttifaqını nəzərdə tuturuq. Yada salaq ki, qurumun sülh təşəbbüsləri Fransanın aşkar ermənipərəstliyi səbəbindən iflasa uğradı. Ermənistanın vasitəçiliklə bağlı anti-Rusiya köklənişi, Azərbaycanın isə Fransa səbəbindən Aİ təşəbbüslərinə etimad göstərməməsi Bakı və İrəvan arasında sülh danışıqlarını dalana dirədi. O da məlumdur ki, ABŞ-ın yeni Donald Tramp administrasiyası məhz belə bir durumda hərəkətə keçdi. Bu hərəkətin nəticəsində ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərləri sülh müqaviləsini parafladılar, habelə, hər iki ölkənin liderləri Prezident Trampın şahidliyi ilə Birgə Bəyannamə imzaladılar. Bu sənəd Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin əsasını qoydu. O mərhələ ki, hazırkı pozitiv perspektiv məhz onun nailiyyətidir.

* * *

Bəli, Cənubi Qafqazın indiki sülh perspektivində Rusiyaya yer yoxdur. Ölkənin Ermənistanda parlament seçkiləri xüsusunda “Qarabağ kartı”nı işə salmaq cəhdi də fikrimizin sübutudur. Amma Moskvanın Cənubi Qafqaz siyasi platformasına aidiyyətini danmaq olmaz. Yəqin buna görədir ki, H.Fidanın Moskvaya səfər gündəliyində Cənubi Qafqazdakı durumun müzakirəsi yer almışdı.

Ermənistandakı parlament seçkilərindən sonra regionun həyatında yeni səhifənin açıldığı bildirilir. Baş nazir Nikol Paşinyanın “Mülki müqavilə” partiyasının seçkilərdə qalib gəlməsi hay hakim komandasının legitimliyini yeniləyib. Deməli, İrəvanın kritik qərarlar qəbul etmək imkanları əvvəlkindən daha genişdir. Mövcud durumun Rusiyada hansı reaksiyalar doğuracağı isə maraqlıdır. Rusiya Ermənistan seçkilərinin nəticələrinə etiraz edir. Ehtimal etmək mümkündür ki, Moskva belə bir etiraz fonunda Cənubi Qafqaz müstəvisindəki yeniliklərə qarşı demarş mövqe tutacaq. Şübhəsiz, bu, əlavə gərginlik deməkdir. O gərginlik ki, Türkiyəyə sərf etmir. Cənab Fidan da Moskvada ölkəsinin prinsipial mövqeyini xatırladıb. Əlqərəz, mövcud durumda Rusiyaya Türkiyənin təminatı lazımdır. Ən böyük təminat mexanizmi isə “3+3”-dür. Lavrovun təbirincə desək, bu mühüm regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə ölkələrimizin regional əməkdaşlıq platforması olan “3+3” formatında iştirakının davam etdirilməsi kömək edəcəksə, Moskvanın vəziyyətə reallığın şərtlərinə uyğun yanaşması lazımdır. Əlbəttə ki, bu platformanın fəlsəfəsinin qorunması da önəmlidir.

“3+3”ün fəlsəfəsini isə diqqətə çatdırdıq – region region ölkələri üçündür. Bu deyim həm də o anlamı daşıyır ki, Cənubi Qafqazda kommunikasiyaların açılması, qarşılıqlı ticarət əlaqələrinin möhkəmlənməsi, habelə, ümumən, regionun logistik imkanlarının dəyərləndirilməsi ancaq iqtisadi mərama köklənir və bu, əsla kənar qüvvələrin mövcud platformadakı siyasi və hərbi mövcudluğu kimi başa düşülməməlidir.

Sözümüz ondadır ki, Ermənistan cəbhəsində növbəti məğlubiyyətlə, hətta siyasi fiasko ilə üzləşmiş Rusiya bir dövlət olaraq Cənubi Qafqazda bərabərtərəfli münasibətlərin qurulmasına, region xalqlarının rifahına və əmin-amanlıq şəraitində yaşamına hesablanmış perspektivi özünün ənənəvi baxış stereotiplərinə, jandarm missiyasına qurban vermək istəməsə, normal regional əməkdaşlıq düzənində təmsilçiliklə razılaşsa, yaxşıdır. Əslində, onun razılaşmaqdan başqa çarəsi yoxdur. Hər halda, rəsmi Moskva İrəvana desant çıxarıb hakimiyyəti dəyişdirmək kimi sərsəmləmələrə qulaq verəcək deyil. Qulaq veriləcək, daha doğrusu, üzərində dayanılacaq ən mühüm platforma isə “3+3”dür. Ümid edək ki, H.Fidanın Moskva səfərindən sonra Kremldə bu platformanın əhəmiyyəti daha yaxşı dərk ediləcək.

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyun 2026 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri