Icma.az
close
up
RU
Regional təhsil idarələri ilə bağlı narahatlıqlar tamamilə əsaslıdır ŞƏRH

Regional təhsil idarələri ilə bağlı narahatlıqlar tamamilə əsaslıdır ŞƏRH

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İş prinsipləri yalnız şəkil çəkdirib, sosial mediada paylaşmaqdır


Tovuz rayonunun Aşağı Quşçu kəndindəki məktəbdə baş verən tüstülənmə hadisəsi təhsil sahəsindəki ciddi sistem çatışmazlıqlarını və təhlükəsizlik tədbirlərinin qeyri-adekvat vəziyyətini bir daha gündəmə gətirir. 71 nəfərin zəhərlənməsi artıq adi bir qəza deyil, məktəblərdə təhlükəsizlik və infrastruktur sahəsindəki ciddi problemlərin göstəricisidir. Təəssüf ki, bu hadisə bir regionun deyil, bütün ölkə üzrə məktəb infrastrukturlarının ağır vəziyyətinin bariz nümunəsidir.

 

Təhsil eksperti Kamran Əsədovun “Sherg.az”a açıqlamasına görə, regional təhsil idarələrinin fəaliyyəti ilə bağlı narahatlıqlar tamamilə əsaslıdır. Bu qurumların iş prinsipləri yalnız şəkil çəkdirmək, sosial mediada paylaşımlar etmək və kosmetik tədbirlər həyata keçirməklə məhdudlaşır: 

“Məktəblərin real ehtiyaclarını, o cümlədən təhlükəsizlik, istilik və sanitar-gigiyenik standartlara uyğunluğunu təmin etmək isə ya diqqətdən kənarda qalır, ya da ümumiyyətlə, prioritet sayılmır.

Bu hadisə göstərir ki, məktəblərdə təhlükəsizlik qaydalarına riayət olunmur. İstifadə edilən istilik sistemlərinin texniki baxımdan yoxlanılması ya heç aparılmır, ya da formal xarakter daşıyır. Məktəb binalarında təhlükəsizlik avadanlıqlarının olmaması, yanğın təhlükəsizliyinə diqqətsizlik və havalandırma sistemlərinin yoxluğu kimi hallar bu kimi faciələrə yol açır.

Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanunun 29-cu maddəsi açıq şəkildə bildirir ki, təhsil müəssisələri təhlükəsizlik, sanitar-gigiyenik və texniki tələblərə uyğun olmalıdır. Lakin belə görünür ki, bu normalar kağız üzərində qalır. Regional təhsil idarələri və müvafiq qurumlar bu tələbləri icra etmək əvəzinə, yalnız formal hesabatlarla kifayətlənirlər. Təhsil sahəsində təhlükəsizlik tədbirlərinin icra olunmaması, nəticə etibarilə həm şagirdlərin, həm də müəllimlərin həyatını təhlükə altında qoyur.

Digər tərəfdən, istilik məsələsi də hər il eyni problemlərlə gündəmə gəlir. Kənd məktəbləri xüsusilə istilik sistemlərinin keyfiyyətsizliyi və qeyri-adekvat vəziyyəti ilə üzləşir. İstilik təmin olunmadıqda, valideynlər narazıdır; istilik təmin olunduqda isə təhlükəsizlik qaydalarına riayət edilmədiyi üçün uşaqlar zəhərlənir. Bu, idarəçilik və nəzarət mexanizmlərinin tamamilə iflic olduğunu göstərir.

Dünya təcrübəsinə nəzər salsaq, inkişaf etmiş ölkələrdə məktəblərin təhlükəsizliyinə dair çox ciddi standartlar mövcuddur. Məsələn, Almaniyada məktəblərdə hər il müvafiq orqanlar tərəfindən texniki baxışlar aparılır və standartlara cavab verməyən avadanlıqlar dərhal dəyişdirilir. Hər bir məktəbdə fövqəladə hallar üzrə xüsusi təlimat proqramları həyata keçirilir. Finlandiyada isə məktəblər həm təhlükəsizlik, həm də enerji effektivliyi baxımından ən yüksək səviyyədə təchiz olunur”.

Ekspertin fikrincə, Azərbaycanda bu sahədə işlərin yalnız formal səviyyədə aparılması, nəticə etibarilə belə faciələrə yol açır. Onun sözlərinə görə, təhsil müəssisələrinin vəziyyətinə ciddi nəzarət mexanizmi yaradılmalı və regional təhsil idarələrinin fəaliyyətinə dair köklü islahatlar aparılmalıdır: “Onların məsuliyyəti yalnız protokol tədbirləri və şəkil çəkdirmək deyil, real problemləri həll etmək olmalıdır.

Bu hadisə hökumət və müvafiq qurumlar üçün ciddi siqnal olmalıdır. Təhsil müəssisələrində təhlükəsizliyin təmin edilməsi, istilik sistemlərinin müasir standartlara uyğunlaşdırılması və regional təhsil idarələrinin işinin tamamilə yenidən təşkil olunması təxirəsalınmaz məsələdir. Əks halda, bu cür hadisələr təkrarlanacaq və nəticədə uşaqların həyatına ciddi təhlükə davam edəcək. Təhsil yalnız bilik vermək deyil, həm də təhlükəsiz və sağlam mühitdə həyata keçirilməlidir. Bu məsuliyyət isə həm Elm və Təhsil Nazirliyinin, həm də regional təhsil idarələrinin üzərinə düşür”.

K.Əsədov qeyd edib ki, 71 şagirdin zəhərlənməsi kimi ciddi bir hadisədə məsul şəxslərin heç bir real cəza almaması, əvəzində sadəcə, “nəzarətimizdədir” açıqlamaları ilə kifayətlənməsi ölkəmizdəki ikili standartların acı həqiqətini bir daha ortaya qoyur: 

“Bir müəllim, sinifdə tərbiyəsiz şagirdin davamlı təxribatına dözməyib stol atdığına görə sərt şəkildə cəzalandırılır, halbuki həmin hadisədə heç bir xəsarət baş verməyib. Amma 71 azyaşlı uşağın zəhərlənməsi kimi faciəvi bir nəticəyə səbəb olan məsuliyyətsizlik və səhlənkarlıq edən Regional Təhsil İdarəsinin rəhbərliyinə və müvafiq qurumlara qarşı heç bir tədbir görülmür. Bu, cəmiyyətdə ədalət prinsipinin kobud şəkildə pozulmasıdır.

Belə hallar bir daha göstərir ki, təhsil sistemi yalnız günah keçiləri axtarır, lakin real məsuliyyət daşıyanları qoruyur. Bir müəllim cəzalandırılarkən, uşaq həyatına birbaşa təhlükə yaradan qurumlar və onların rəhbərləri toxunulmaz qalır. Bu yanaşma nə pedaqoji etikanı, nə də hüquqi ədaləti təmin edir. Təhsil sistemində belə ciddi səhvlərə görə birbaşa məsul olan rəhbər şəxslərin cəzasız qalması, daha böyük problemlərə yol açacaq. Əgər kiçik bir səhvə görə müəllimlərə sərt yanaşılırsa, uşaqların sağlamlığını təhlükəyə atan məsuliyyətsizliklərə də eyni ciddiyyətlə yanaşılmalıdır. Bu, ədalətin tələbidir”.

Qeyd edək ki,  Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması səbəbindən kütləvi zəhərlənmə faktı qeydə alınıb. Tüstülənmə nəticəsində zəhərlənən 71 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:277
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Dekabr 2024 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri