Regionda ilk: UNEC məzunlarına “Qeyri akademik transkript” veriləcək
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
UNEC ali təhsil sistemində və məzunların əmək bazarına inteqrasiyasında mühüm yeniliyə imza atıb.
XQ xəbər verir ki, universitetdə üç ildən artıq müddətdə üzərində çalışılan “Qeyri-akademik transkript” layihəsi uğurla tamamlanıb və bu təşəbbüs ölkəmizdə, eyni zamanda regionda ilk dəfə tətbiq ediləcək.
Məlumdur ki, dünyanın aparıcı universitetlərində məzunlara əsasən onların ixtisas biliklərini əks etdirən akademik transkriptlər təqdim olunur. Lakin müasir əmək bazarının tələbləri göstərir ki, yalnız nəzəri biliklər kifayət etmir. İşəgötürənlər namizədlərin fərdi bacarıqlarını – liderlik, ünsiyyət, komanda ilə işləmə və problem həlletmə kimi “soft skills”lərini də qiymətləndirməyə üstünlük verirlər.
Məhz bu ehtiyacdan çıxış edərək UNEC tərəfindən hazırlanmış “Qeyri-akademik transkript” məzunların universitet həyatı boyunca qazandıqları qeyri-akademik bacarıqları rəsmi şəkildə təsdiqləyəcək. Aprel ayında layihənin test mərhələsinə, may ayından isə qeyri-akademik transkriptin əldə olunması üçün rəsmi imtahanlara start veriləcək.
Qiymətləndirmə prosesi 10 əsas meyar üzrə aparılacaq. Bu meyarlara liderlik, komanda ilə işləmə, analitik düşünmə, problem həlletmə, kreativlik, sosial məsuliyyət və digər mühüm kompetensiyalar daxildir. İmtahan nəticəsində tələbələrin fərdi bacarıqları obyektiv meyarlarla ölçüləcək və rəsmi sənəd şəklində təsdiqlənəcək. Bu sənəd iş dünyasında namizədlərin potensialını daha obyektiv qiymətləndirməyə imkan verəcək və UNEC məzunlarının rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 17 Mart 2026 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















