Icma.az
close
up
RU
Regionda sabitlik və sülh ölkəmiz üçün ən böyük sərvətdir

Regionda sabitlik və sülh ölkəmiz üçün ən böyük sərvətdir

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yanvarın 19-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfər edib. Dövlət başçısı səfər çərçivəsində dünyanın ən nüfuzlu liderləri, aparıcı şirkətlərin rəhbərləri ilə görüşüb, dünyanın aparıcı informasiya vasitələrindən biri olan “Euronews” televiziyasına  müsahibə verib.

2026-cı ildə Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə, təkcə iqtisadi məsələlərə deyil, Azərbaycanın qlobal siyasətdə tutduğu mövqeyə dair mühüm mesajlarla yadda qaldı. Bu müsahibə, Azərbaycanın artıq regional aktor olmaqla kifayətlənməyib, qlobal proseslərdə söz sahibi olan dövlətə çevrildiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev müsahibədə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərə toxunaraq, çoxtərəfli əməkdaşlığın əhəmiyyətini xüsusi vurğuladı. Qlobal iqtisadi qeyri-sabitlik, enerji təhlükəsizliyi və iqlim çağırışları fonunda Azərbaycanın etibarlı tərəfdaş kimi çıxış etməsi, ölkənin uzunmüddətli strateji baxışının nəticəsi kimi təqdim olundu.

Bu gün Azərbaycanın atdığı hər bir addım, gördüyü hər bir iş – istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğundur. Prezident İlham Əliyevin müsahibəsində bildirdiyi kimi: “Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik”. Günümüzün reallığı ondan ibarətdir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır. Buna görə də ölkələrin hər biri mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Ölkə başçısı cənab İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycan məhz buna nail olmuşdur.Prezident İlham Əliyev öz müsahibəsində yaxın qonşumuz olan İranla münasibətlərə toxunub. Qeyd edilib ki, “Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur”.Bu gün enerji bazarlarında neftin qiyməti sabitdir və bu ölkəmiz üçün məqbul səviyyədədir. 

Müsahibədə Prezident İlham Əliyev Azərbaycanın daxili sabitliyini və ardıcıl islahat siyasətini xüsusi qeyd edərək, dayanıqlı inkişafın yalnız iqtisadi göstəricilərlə deyil, siyasi müstəqillik və sosial məsuliyyətlə mümkün olduğunu vurğuladı. Bu yanaşma, qlobal miqyasda artan risklər fonunda Azərbaycanın niyə etibarlı tərəfdaş kimi qəbul edildiyini izah edir. Xüsusi diqqət çəkən məqamlardan biri Prezidentin regional əməkdaşlıqla bağlı mövqeyi oldu. Azərbaycan nəqliyyat, logistika və enerji xətlərinin kəsişməsində yerləşən ölkə kimi, yeni iqtisadi marşrutların formalaşmasında aktiv rol oynadığını açıq şəkildə bəyan etdi. Bu isə ölkənin geosiyasi çəkisinin artdığını göstərən mühüm amildir. Prezident İlham Əliyevin Davosdan verdiyi müsahibə, sadəcə cari vəziyyətin dəyərləndirilməsi deyil, həm də gələcəyə yönəlmiş strateji baxışın ifadəsi idi.

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Yanvar 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri