Icma.az
close
up
RU
Rəhbərlik etdiyi federasiyaya sponsor axtaran deputatın topdağıtmaz biznes imperiyası SİYAHI

Rəhbərlik etdiyi federasiyaya sponsor axtaran deputatın topdağıtmaz biznes imperiyası SİYAHI

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yanvar ayının 28-də Azərbaycan Karate Federasiyasının ümumi yığıncağı keçirilib. 

Məlumata görə, Fövqaladə Hallar Nazirliyinin İdman Mərkəzində keçirilən tədbirdə Karate Federasiyasının Prezidenti, deputat Ülvi Quliyev İctimai tv-yə açıqlamasında rəhbərlik etdiyi federasiyanın hazırda sponsorunun olmadığını deyib.

Qlobal.az kənarda sponsor axtaran Karate Federasiyasının Prezidenti, deputat Ülvi Quliyevin sahib olduğu və mediada yayımlanmış biznes imperiyasının bir hissəsini oxucuların diqqətinə çatdırır:

1. Yaxın qohumu İlkin Quliyevin idarə etdiyi “Dönüş-1” Məhdud Məsuliyyətli Cəmiyyəti.

İnşaat sahəsində fəaliyyət göstərən bu şirkət əsasən Səbail və Yasamal rayonu ərazilərində bina tikintisi ilə məşğuldur. Şirkətə deputatın oğlu Orxan Qluliyevin rəhbərlik etdiyi deyilir.

2. Deputatın oğlu Orxan Quluzadə 2020-ci ilin fevral ayında İngiltərədə növbəti şirkətini – MARKETING SOLE PROJECT LTD-ni 12459963 saylı lisenziya ilə qeydiyyatdan keçirib.Şirkətin hüquqi ünvanı London, Old Gloucester Street 27-də yerləşir.

3. Ülvi Quliyevin Londonda UGANO LTD adlı daha bir şirkəti fəaliyyət göstərir. 2019-cu il hesabatına görə bu şirkətin avtivləri 1.2 milyon dolla civarında olub.

4. Ülvi Quliyevin Türkiyədə də biznes şəbəkəsi var. GUANO DANIŞMANLIK TİCARET LİMİTED ŞİRKETİ 2009-cu il mayin 13-də İstanbul Ticaret Odasında 50 min lirə nizamnamə kapitalı qeydiyyatdan keçib, 699005 saylı şəhadətnamə alıb. Təsisçiləri hər biri 50 faiz paya sahib olmaqla Orxan Quluzadə və deputatın həyat yoldaşı Aynur Quliyevadır. Şirkətin ofisi İstanbulun Üsküdər səmtindəki KISIKLI MAHALLESİ ALEMDAĞ CADDESİ YANYOL NO:7/11-də yerləşir.

5. Deputatın daha bir şirkəti isə “LOĞMAN -3” Kiçik Müəssisəsidir. Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Mirzəbala Məmmədzadə, ev 11 ünvanıdır.

6. Deputat bu ünvanda 2011-ci ilin yanvarında daha bir şirkət açıb. “LOĞMAN FARM” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN 1501723311) tibbi profil üzrə fəaliyyət göstərir. Şirkətin təsisçisi Ülvi Quliyevin oğludur.

7. Ülvi Quliyev 2016-cı ildə inşaat sahəsi üzrə fəaliyyət göstərən daha bir şirkət yaradıb. “DİLER İNŞAAT” MMC Səbail rayonunda ən məşhur olan proyektlərdən birini – BAYIL MARİNA rezidensiyasının tikintisini həyata keçirib.

8. Deputatın oğlu Orxan Quluzadənin Rusiyadada da biznesi var. O.Quluzadənin Sankt-Peterburqda “Xoçu kebab” və “Xoçu şaşlık” restoranlar şəbəkəsi fəaliyyət göstərir.

Qeyd edək ki, Ülvi Quliyev 2005-ci ildən Milli Məclisin deputatıdır. O, əvvəllər Gömrük Komitəsində şöbə müdiri vəzifəsində çalışıb. VIII dan qara kəmər sahibi olan Ülvi Quliyev 2023-cü ildə Karate Federasiyasının Prezidenti seçilib(savashmedia).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://mia.az
archiveBu xəbər 02 Fevral 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri