Icma.az
close
up
RU
“Rəhbərlik nə qədər istəyirsə, bu komandada olacam” Sadıqov

“Rəhbərlik nə qədər istəyirsə, bu komandada olacam” Sadıqov

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan Premyer Liqasının XXXV turunun “Zirə” – “Sabah” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Futbol oynamağa çalışırdılar. İkinci yeri təmin etsək də, oyuna tam gücümüzlə hazırlaşmışdıq. Nəticədən çox, oyun bizim üçün vacib idi. İkinci hissədə daha çox tələb etdiyim oyunu gördüm. Üstün tərəf biz idik. Faydalı, səmərəli 90 dəqiqə keçirdik. Oyunçularımdan razıyam.

– İki il bundan qabaq daha çox “Qəbələ”nin oyunçularını heyətinizə qatmışdız. Ötən mövsüm “Kəpəz”dən ayrılan oyunçuları götürdünüz. Bu mövsüm hədəfdə hansı komandadır?
– Bütün komandaların müqavilələri bitmiş oyunçularını nəzərdə saxlayırıq. Seleksiyamızda belə oyunçular var. Hansısa komandadan oyunçu götürmək hədəfimiz yoxdur. Bəyəndiyimiz futbolçunu götürmək istəyirik. Bəyəndiklərimiz çoxdur. Hansı mövqelərə ehtiyac varsa, müqaviləsi bitmiş çempionatımızda oyunçu varsa, onu götürmək istəyərik.

– 71 xal yığmağınızda “Qarabağ”ın rolu nə dərəcədə var? Rəqibləriniz meydança tapmayanda, “Qarabağ” sizin üçün şərait yaradırdı…
– Təbii olaraq, “Qarabağ”a böyük təşəkkür edirik. Bakı komandaları hərə bir yolla problemi çözməyə çalışırdı. Bizim də qaldığımız otel Suraxanı meydançasına yaxındır. “Neftçi” rəhbərliyinə də təşəkkür edirəm. Bir neçə məşqi orada keçirdik. Əminəm ki, əksinə olsaydı, eynisini biz də edərdik. Futbolçu yoxluğunu həll etmək olar, meydança yoxluğunu həll etmək mümkün deyil. Hər iki kluba təşəkkür edirəm. Ciddi problemdir. Ümidvaram ki, gələn mövsümdən problem aradan qalxacaq. Biz də istəyirik öz bazamız olsun. Çətindir. Böyük maddiyyat tələb edir. Çalışacağıq ki, bunu həll edək.

– Əvvəllər deyilirdi ki, baza üçün yer var. Nə yerdədir o məsələ?
– Biz o yeri götürmüşük. Alınıb. Orada böyük baza inşa etmək istəyirik. Bu və ya növbəti sezon həll etməyə çalışırıq.

– Kubokun finalında “Qarabağ”ın udmasını arzulayacaqsız?
– Bizim yerimizdə kim olsa, Avropa Liqasına getmək istəyər. “Sabah”ın da, “Neftçi”nin də avrokuboklarda olmasını istəyərəm. “Turan Tovuz” və “Araz-Naxçıvan” da layiqdir. Bu mövsüm avrokuboklarda oynamağa layiq komandalar çoxdur. İlk növbədə gözəl futbola azarkeşlik edəcəm. Avropa Liqasına getmək istəyərik. Orada bir oyun uduzmaq imkanın var. Amma “Sabah”ın da avrokuboklarda olmasını istəyərdim.

– Deyəsən, müqaviləniz başa çatır. Danışıqlar olub?
– Heç bir danışıq olmayıb. Rəhbərlik nə qədər istəyirsə, bu komandada olacam. Bu komandaya gəlməkdə əsas məsələ də rəhbərliyin istəyi idi. Müəyyən planlar var onu, müzakirə etməmişik. Yaxın vaxtlarda danışacağıq.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 17 May 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri