Icma.az
close
up
RU
Rəhim Qazıyevin Rusiya agenti olduğu sübut edilib Müsavatdan sərt REAKSİYA

Rəhim Qazıyevin Rusiya agenti olduğu sübut edilib Müsavatdan sərt REAKSİYA

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Keçmiş müdafiə naziri Rəhim Qazıyev Müsavat Partiyasının başqanı, parlamentinin sabiq sədri İsa Qəmbərin vaxtilə Bakıda erməni deputatlarla gizli danışıqlar apardığını iddia edib.

Onun sözlərinə görə, guya İsa Qəmbər bir qrup erməni deputatın Azərbaycan və Ermənistan arasındakı münaqişəni dinc yolla nizamlamaq məqsədli yazılı müraciətini parlament üzvləri və xalqdan gizlədib.
R.Qazıyevin iddiasına görə, bu müraciət sonralar İ.Qəmbərin arxivindən çıxarılaraq ona ötürülüb. 

Sabiq baş nazir Pənah Hüseyn də məsələyə münasibət bildirib. O, Rəhim Qazıyevin yalan danışdığını deyib. P.Hüseyn Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın dövründə parlamentin deputatı olan Aşot Bleyan və onun gətirdiyi müraciətlə bağlı sübutlar da dərc edib:

“5 noyabr 1992-ci ildə, Bleyan Bakıda olduğu vaxtda parlamentin spikeri İsa Qəmbər iclasda çıxış edərək,  sözügedən məsələ və sənəd haqqında deputatlara məlumat verib. Səhəri gün müvafiq məlumat rəsmi dövlət qəzeti olan “Azərbaycan”da dərc edilib. Yəni bütün ölkə ictimaiyyəti bir qrup erməni deputatın müraciəti ilə tanış olub. Bleyan elə Bakıdaykən həmin sənəddə imzası olduğu deyilən Ermənistan parlament üzvlərinin bundan imtina etdikləri barədə İrəvanda açıqlama yaydı. Həmin açıqlama Ermənistan mediasında dərc edilərək Bakıya da çatdı”.

Modern.az məsələ ilə bağlı Musavat Partiyasının da mövqeyini öyrənib.

Partiya sədrinin müavini Gülağa Aslanlı deyib ki, bu məsələdə Pənah Hüseynin paylaşımına baxmaq kifayət edir:

“Orada aydın görmək olur ki, həmin hadisə ilə bağlı İsa bəy parlamentdə məlumat verib. Həmin məsələyə parlamentin münasibəti də var”.  

G.Aslanlı Rəhim Qazıyev və Qurban Məmmədovun tək Müsavat partiyasına və isa Qəmbərə yox, ümumilikdə Azərbaycana qarşı olduğunu söyləyib:

“Hansısa yolla gündəmdə qalmaq üçün Rəhim Qazıyev, Qurban Məmmədov kimi adamların niyyətini tutmaq lazımdır. Onların niyyəti tək Müsavat Partiyasına, İsa Qəmbərə qarşı olmaq deyil, onlar həm də bütövlükdə Azərbaycana qarşıdırlar. Hər ikisi indiki halda bütövlükdə Azərbaycana qarşıdırlar. Onlar Azərbyacanın o vaxtkı parlamentinə də qarşıdırlar”.

O deyib ki, Rəhim Qazıyev özünün Rusiya agenti olduğu sübut olunduğu halda yenə də özünə haqq qazandırmaq üçün digərlərinə şər-böhtan atmaqla məşğuldur:

"Müsavat Partiyasını, İsa Qəmbəri ləkələmək  heç də ona baş ucalığı gətirməz. Müsavat Partiyası ciddi adam olmadığı üçün onun  sözlərini müzakirə predmetinə çevirmək istəmir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Fevral 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri