Icma.az
close
up
RU
Rəhman: “Bu matçlardan dərs çıxarmalıyıq” (MÜSAHİBƏ)

Rəhman: “Bu matçlardan dərs çıxarmalıyıq” (MÜSAHİBƏ)

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Sabah” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Neftçi”yə qalib gəlib – 2:1.

“Bayquşlar”ın futbolçusu Rəhman Daşdəmirov “Futbolpress.az“ə müsahibəsində matçla bağlı fikirlərini bölüşdü:

– “Neftçi” ilə kubokun ilk oyununu şərh edərdin…
– Çətin oyun olacağını bilirdik. Fikrimcə, tamaşaçılar üçün maraqlı oyun oldu. Birinci hissədə hər iki komandanın şansları var idi. Fasilədən sonra daha üstün olan biz idik. Qələbə üçün şadıq. Lakin hələ heç nə həll olunmayıb. Bizi qarşıda vacib oyunlar gözləyir”.

– Oyunun son dəqiqələrindəki mübahisəli penalti epizodi ciddi narazılıq yaradıb. Komandada psixoloji durum necədir?
– Psixoloji durum yaxşıdır. Qələbə qazansaq da, hələ heç nə bitməyib. Penalti epizoduna gəlincə, hər kəs təkrarı görüb. Burda heç müzakirə ediləsi bir şey yoxdur”.

– Final şanslarınızı necə dəyərləndirirsiniz? Cavab oyunu azarkeşlər önündə olacaq…
– İstənilən halda, şanslar 50/50-dir. Hər iki komandanın finala adlamaq şansı var. Cavab matçında sona qədər mübarizə aparılacaq. İnanıram ki, finala çıxan tərəf biz olacağıq.

– Üstün vəziyyətdə olduğunuz halda, cavab görüşündə məğlub olub, kuboka vida etmək faciə sayılacaq?
– Bu barədə düşünmürük. Komanda olaraq hər kəs yaxşı nəticəyə köklənib. “Neftçi” ilə cavab oyununa çox var. Buna qədər çempionatda vacib matçlarımız olacaq. Bütün diqqətimizi bu görüşlərə yönəltmişik.

– Çempionatda növbəti turda “Kəpəz”lə ev oyunu var. Birinci dövrədə bu komandaya evinizdə qalib gələ bilməmisiniz…
– “Kəpəz” əvvəlki matçlarda bizə çətinlik yaradıb. Bu matçlardan dərs çıxarmalıyıq. Oyundan 3 xalla ayrılacağımıza inanıram.

– Son turlarda start heyətdə yer alırsan. Oyununu necə qiymətləndirirsən?
– Fikrimcə, oyunumu dəyərləndirmək məşqçilərin işidir, qarışa bilmərəm. Mənə qalsa, narazıyam. Daha çox çalışmalıyam. Bilirəm ki, bundan da yaxşısını edə bilərəm. Məşqçilərə təşəkkür edirəm ki, mənə güvənirlər. Etimadı doğrultmağa çalışıram.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 Aprel 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri