Icma.az
close
up
RU
Qarabağ Dirçəliş Fondunun layihələri və tərəfdaşlıq imkanları təqdim olunub

Qarabağ Dirçəliş Fondunun layihələri və tərəfdaşlıq imkanları təqdim olunub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 12-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) növbəti ənənəvi işgüzar səhər yeməyi baş tutub.

Qarabağ Dirçəliş Fondundan (QDF) AZƏRTAC-a verilən məlumata görə, ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmov Birliyin üzv qurumları arasında qarşılıqlı əlaqə və strateji əməkdaşlığın inkişafına yönəlmiş tədbirlərin əhəmiyyətini qeyd edərək, bu kimi təşəbbüslərdə dövlət qurumlarının, özəl sektorun iştirakının sahibkarlıq mühitinin inkişafına, davamlı və dayanıqlı olmasına mühüm töhfə verdiyini vurğulayıb.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və enerji naziri Olqun Amcaoğlu, Milli məclisin deputatı Vüqar Bayramov və Qarabağ Dirçəliş Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəşad Qasımzadə çıxışlarında ATİB-in “bir millət, iki dövlət” şüarı altında üzv şirkətlərə bərabər imkanlar təqdim etməsi və regional iqtisadi fəallığın artırılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, bu təşəbbüslər Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmlənməsinə, eləcə də geniş Türk dünyasında ticarət və investisiya sahələrinin inkişafına əhəmiyyətli dəstək verir.

Fondun şöbə müdiri Pərvin Bağırova Fondun maliyyə dəstəyi göstərdiyi və həyata keçirdiyi layihələrlə bağlı geniş təqdimatla çıxış edib. Təqdimatda şirkətlərin əməkdaşları arasında ianəçilik mədəniyyətinin təşviq olunması, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq proseslərində dövlət-özəl tərəfdaşlığının rolu, birgə əməkdaşlıq imkanlarının vacibliyi diqqətə çatdırılıb.

Pərvin Bağırova Fondun fandreyzinq layihələri və ianə imkanları barədə də ətraflı məlumat verib. Xüsusilə iyunun 26-da “Qarabağ Gecəsi” adlı növbəti xeyriyyə konsertinin keçiriləcəyi diqqətə çatdırılıb və hər kəsə bilet alaraq işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək olmaları üçün çağırış edilib.

Sonra korporativ könüllülük prinsiplərinin təşviqi, əməkdaşların bilik, bacarıq və resurslarının sosial fayda naminə yönləndirilməsi, eləcə də bu istiqamətdə ictimai maraqlı təşəbbüslərin stimullaşdırılması ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Azərbaycan-Türkiyə İş Adamları Birliyinin sıralarına yeni qoşulmuş üzvlərə üzvlük plaketləri təqdim edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see193

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see148

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see137

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri