Icma.az
close
up
RU
Reklam Agentliyi Xətaidə qanunsuz tikilən avtotəmir sexinin reklamını sökdü FOTOLAR

Reklam Agentliyi Xətaidə qanunsuz tikilən avtotəmir sexinin reklamını sökdü FOTOLAR

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Reaspublikası Dövlət Reklam Agentliyinin əməkdaşları Xətai rayonu, General Mehmandarov küçəsi 71 b ünvanında qanunsuz inşa olunan avtotəmir sexinin üzərinə vurulan reklam löhvəsini söküblər.

"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, ərazidə yaşayan sakinlərin sözlərinə görə qanunsuz inşa olunan avtotəmir sexinin üzərinə vurulmuş reklam löhvəsi də qanundan kənar olub.

Sakinlər deyiblər ki, məhkəmə avtotəmir sexinin sökülməsi vəzifəsini sahibi Elmar Qasımovun üzərinə qoysa da, o, məhkəmə qərarını icra etməyə tələsmir.

Xatırladaq ki, sexin böyük bir məhəllənin giriş-çıxış yolunun üstündə tikilməsi, yolda hərəkəti məhdudlaşdılrması ərazidə yaşayan sakinlərin ciddi narazılığına səbəb olub.

Sexin 1 aylıq fəaliyyəti dövründə qarşısına yığılan, təmirə gətirilmiş nəqliyyat vasitələri məhəllədə yerləşən binalara, mənzillərə gediş-gəlişi iflic edib. Hətta məhəllə daxilindəki mənzillərdən birində baş verən yanğın zamanı əraziyə yanğınsöndürən texnikaların daxil olması əngəllənib, nəticədə mənzildə yanğın genişlənib, böyük bir sahəni əhatə edib. Sakinlər Xətai rayon İcra Hakimiyyətinə üz tutsalar da, heç bir faydası olmaylıb. Orada sakinləri dinləməklə kifayətləniblər, yolun açılması üçün hər hansı bir tədbir görülməyib.
Sakinlər şikayətlərinin nəticəsiz qaldığını görüncə, Xətai rayon Məhkəməsinə üz tutublar. Kollektiv şikayətlərində avtotəmir sexinin sahibi Elmar Qasımovu cavabdeh göstəriblər. Xətai rayon Məhkəməsi gediş-gəliş yolu bağlanmış sakinlərin şikayətini əsaslı hesab etməyib. Buna görə də Bakı Apellyasiya Məhkəməsinə üz tutublar. Məhkəmə araşdırmaları zamanı üzə çıxıb ki, avtotəmir sexinin tikintisi tam qanunsuz olub, 26 kvadrat metr sahəyə sahiblik hüququ əsasında faktiki olaraq 250 kvadrat metr qanunsuz obyekt tikilib, yolda gediş-gəliş məhdudlaşıb. Bakı Apellyasiya Məhkəməsi sakinlərin şikayətini əsaslı sayıb, iş üzrə Xətai Rayon Məhkəməsinin 08.02.2024-cü il tarixli qətnaməsini ləğv edib. Məhkəmə Xətai rayonu, General Mehmandarov küçəsi 71 b ünvanındakı 0,028040 ha torpaq sahəsində yerləşən, həmin torpaq sahəsinin perimetri boyu metal konstruksiyalardan və digər inşaat materiallarından inşa edilmiş avtotəmir sexinin sahibi, iş üzrə cavabdeh Elmar Xanoğlan oğlu Qasımovun hesabına sökülməsi barədə qətnamə çıxarıb. Cavabdeh tərəf Ali Məhkəməyə müraciət edib. İş hazırda araşdırma mərhələsində olsa da, sakinlər deyirlər ki, artıq cavabdeh tərəf avtotəmir sexinin açılışına hazırlıqlara başlayıb. Bakı Apellyasiya Məhkəməsinin avtotəmir sexinin sökülməsinə dair qətnaməsi heçə sayılır. Sakinlər baş verənlərdən narazıdırlar və Ali Məhkəmə sədri İnam Kərimova müraciət etməklə məsələni şəxsi nəzarətinə götürməsini xahiş ediblər.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Aprel 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri