Icma.az
close
up
RU
Rektor: BDU Çinin nüfuzlu universitetləri ilə daha sıx əlaqələrin qurulmasında maraqlıdır

Rektor: BDU Çinin nüfuzlu universitetləri ilə daha sıx əlaqələrin qurulmasında maraqlıdır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 21 may, AZƏRTAC

Çin Xalq Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri xanım Lu Mey Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor Elçin Babayev ilə keçirilən görüşdə səfirə universitetin tarixi, beynəlxalq əlaqələri, xüsusilə də Çinin ali təhsil və elmi-tədqiqat qurumları ilə əməkdaşlığı haqqında məlumat verilib. Rektor iki ölkə arasında dostluq münasibətlərinin elm və təhsil sahəsində də uğurla inkişaf etdiyini vurğulayıb, BDU-da fəaliyyət göstərən Konfutsi İnstitutunun bu əməkdaşlıqda xüsusi rol oynadığını qeyd edib.

Tərəflər Çin universitetləri ilə tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsi, birgə elmi layihələrin həyata keçirilməsi, Çin dili və mədəniyyətinin tədrisi sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri ətrafında müzakirə aparıblar. Rektor Elçin Babayev Çinin nüfuzlu universitetləri ilə daha sıx əlaqələrin qurulmasında maraqlı olduqlarını bildirib.

Səfir Lu Mey Azərbaycan ilə Çin arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafına təhsil və elm sahəsində əməkdaşlığın mühüm töhfə verdiyini qeyd edib. O, Çin tərəfinin də bu istiqamətdə əməkdaşlığa dəstək verməyə hazır olduğunu vurğulayıb.

Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə dövlət səfərinə də toxunulub. Qeyd edilib ki, Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin (Xi Jinping) ilə keçirdiyi yüksəksəviyyəli görüşlər iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edib. Bu səfər çərçivəsində elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bu kontekstdə ali təhsil müəssisələrinin əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see264

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see233

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see157

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see149

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see140

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see133

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see128

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see124

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see121

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri