Reper “Navai” saxlanıldı
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan əsilli məşhur reper “Navai” (Nəvai Bəkirov) Qazaxıstanda saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Teleqram kanalının məlumatına görə, sərhədçilər reperin avtomobilini Qazaxıstana daxil olarkən “Korday” sərhəd-keçid məntəqəsində saxlayıblar.
Məlumata görə, reperin sürücü oturacağının cibindən 2,5 qram marixuana aşkar edilərək götürülüb.
Onunla birlikdə sürücü də daxil olmaqla avtomobildə olan daha üç nəfər saxlanılıb.
Reper və digər saxlanılanlar müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Mediada yayılan məlumatlara görə, “Navai” və səfərin digər iştirakçılarına qarşı Qazaxıstan Cinayət Məcəlləsinin 286-cı maddəsi ilə cinayət ittihamı irəli sürülüb. Bu cinayət 5000 aylıq hesablama göstəricisinə qədər cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və ya beş ilə qədər azadlıqdan məhrumetmə və əmlak müsadirəsini nəzərdə tutur.
Həmçinin, hadisə ilə əlaqədar Astanada Jaksılık Uşkempirov adına Döyüş Sənəti Sarayında keçirilməsi planlaşdırılan axşam konserti texniki səbəblər əsas gətirilərək ləğv edilib.
Bu mövzuda digər xəbərlər:Məşhur azərbaycanlı müğənni Navai Qazaxıstanda saxlanıldı
14 Oktyabr 2026 19:46
Navai onunla sevgilidir
26 İyun 2025 12:52
Navai HƏBS EDİLDİ
14 Oktyabr 2026 20:31
Reper Navai narkotik qaçaqmalçılığı işi üzrə iki ay müddətinə həbs edilib
15 Oktyabr 2026 13:13
Navai bloger sevgilisindən ayrıldı
25 Fevral 2026 11:50
Baxış sayı:99
Bu xəbər 14 Oktyabr 2026 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















