Icma.az
close
up
RU
Repetitorluqla bağlı ciddi addımlar atılacaq Ya vergi ödəməklə özlərini rəsmi şəkildə elan edəcəklər, ya da...

Repetitorluqla bağlı ciddi addımlar atılacaq Ya vergi ödəməklə özlərini rəsmi şəkildə elan edəcəklər, ya da...

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Bildiyimiz kimi, müəllimlərin iş saatının 8 saat olacağı haqda elm və təhsil naziri Emin Əmrullayev tərəfindən açıqlama verilib.

Bəs müəllim dərsini keçib bitirdikdən sonra məktəbdə boş zamanında repetitorluqla məşğul ola bilərmi?

Redaktor.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, elm və təhsil naziri Emin Əmrullayevin özünün izahatını verdiyi təşəbbüs layihəsi təxminən 2027-2030-cu illər üçün nəzərdə tutulub.

"Sözsüz ki, Azərbaycanda repetitorluq dəb halını alıb, ənənəyə çevrilib. Yəni o, təhsilimizin tərkib hissəsinə çevrilib deyə, onu yaxın bir müddətə ləğv etmək və yaxud da sıradan çıxartmaq mümkün olmayacaq. Odur ki, Elm Təhsil Nazirliyinin təşəbbüsü ona xidmət edir ki, valideynlər əlavə xərc çəkməsinlər. Artıq ölkənin bir neçə böyük regionunda, o cümlədən Bakı şəhərində xüsusi liseylər yaradılır ki, yuxarı sinif şagirdləri artıq öz seçdikləri ixtisas üzrə təhsil alacaqlar. Bu da gələcəkdə repetitorsuz ali təhsil müəssisəsini qazanmaq imkanı yaradır".

Müsahibimiz vurğuladı ki, bu iş rejminə təxminən 20 min müəllimin cəlb olunması nəzərdə tutulur:

"Mən düşünmürəm ki, bu, bütünlüklə repetitorluğu aradan qaldırmağa xidmət edə biləcək. Sadəcə bəzi məsələlər var ki, orada həllini tapa bilər. Tutalım ki, bir istedadlı, tanınmış, yaxşı repetitor həm də yaxşı müəllimdirsə, o məktəbdə qalıb işləyəcəksə, o təklif olunan müddət ərzində əlbəttə ki, dərsdən sonra hansısa uşaqlar imkanlarından istifadə edə biləcəklər. Yəni bu, istəsək də belə olacaq, istəməsək də belə olacaq.

Amma görünən odur ki, 2027-ci ilə qədər repetitorluqla bağlı hansısa bir ciddi addımlar atılacaq. Ya repetitorlar artıq vergi ödəməklə özlərini rəsmi şəkildə elan edəcəklər, yəni biz artıq bu peşə ilə məşğuluq, bu sahə ilə məşğuluq, ya da ki, yaranan o layihəyə əsasən yuxarı siniflərin təmayülləşməsi artıq repetitorluğu tədricən sıradan çıxardacaq. Ən başlıcası da Azərbaycanda qəbul sistemi dəyişdirilsə, repetitorluğa, ümumiyyətlə, ehtiyac qalmayacaq. İndi artıq birinci sinifdən repetitor yanına uşaq göndərən valideynlər var. Onlar hamısı ali təhsil müəssisələrini qazanmaq üçün hədəflənir. Ona görə də ali təhsil müəssisələrinə qəbul qaydalarında bir yumşaqlıq, bir dəyişiklik olsa, məncə, repetitorluğa ehtiyac olmayacaq".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Noyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri