Icma.az
close
up
RU
Report İA ilə Səudiyyə Ərəbistanının Dayanıqlılıq və İqlim üzrə Mərkəzi əməkdaşlığı genişləndirir

Report İA ilə Səudiyyə Ərəbistanının Dayanıqlılıq və İqlim üzrə Mərkəzi əməkdaşlığı genişləndirir

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Report" İnformasiya Agentliyi ilə Şahzadə Sultan Universitetinin (Səudiyyə Ərəbistanı) Dayanıqlılıq və İqlim üzrə Mərkəzi bu il imzalanmış memorandum çərçivəsində əməkdaşlığı genişləndirir.

"Report" xəbər verir ki, "Rio Üçlüyü" təşəbbüsünün təməlini təşkil edən və üç ölkə tərəfindən qəbul edilmiş Birgə Bəyannamə iqlim dəyişməsi, biomüxtəlifliyin itirilməsi və səhralaşma kimi bir-biri ilə əlaqəli problemlərin həlli üçün praktiki və koordinasiyalı fəaliyyətlərin vacibliyini vurğulamaqla yanaşı, hökumətlər, çoxtərəfli qurumlar və vətəndaş cəmiyyəti arasında daha güclü tərəfdaşlığa çağırır.

Şahzadə Sultan Universitetinin (Səudiyyə Ərəbistanı) Dayanıqlılıq və İqlim üzrə Mərkəzinin (CSC) rəhbəri, Oksford Universitetinin Sent-Entoni Kollecinin müəllimi, professor Məhəmməd Nurunnabi Baku TV-yə müsahibəsində tərəfdaşlığın detallarını bölüşüb və Mərkəzin iqlim proqramlarının həyata keçirilməsində strateji rolu barədə danışıb.

"Report" ilə əməkdaşlıq çərçivəsində COP29-un şüarı olan "Yaşıl dünya naminə həmrəylik" mövzusunda bir neçə tədbir təşkil etmişik. Bu tərəfdaşlıq sayəsində Azərbaycan və Səudiyyə Ərəbistanı arasında dayanıqlı inkişaf və iqlim məsələləri ilə bağlı əməkdaşlığı dərindən öyrənirik. Təşəbbüslərimiz iqlim sahəsində dəstək məqsədi daşıyan konfranslar, vebinarlar və digər tədbirləri əhatə edir", - Mərkəz rəhbəri bildirib.

Nurunnabinin sözlərinə görə, Yaxın Şərqin və Səudiyyə Ərəbistanının "yaşıl təşəbbüsü" çərçivəsində 77 layihə iqlim dəyişikliyi ilə mübarizə səylərinin ayrılmaz tərkib hissəsidir.

"Səudiyyə Ərəbistanı, Azərbaycan və digər ölkələr arasında əməkdaşlıq planetin dayanıqlı inkişafına nail olmaqda həlledici əhəmiyyət kəsb edir. İnanıram ki, bu platformalar vasitəsilə əhəmiyyətli dəyişikliklərə nail ola biləcəyik. Azərbaycanda konfransda iştirak təcrübəsi inanılmaz dərəcədə faydalı oldu. İnsanlar, şəhər və ölkə möhtəşəmdir. Ölkənin və regionun dayanıqlı inkişafa və iqlim dəyişikliyi ilə mübarizəyə töhfəsi üçün əlamətdar hadisə olacaq COP29-da iştirak etmək mənim üçün böyük şərəfdir", - Mərkəzin rəhbəri qeyd edib.

Xatırladaq ki, bu ilin fevralında "Report" İnformasiya Agentliyi və Şahzadə Sultan Universitetinin (Səudiyyə Ərəbistanı) Dayanıqlılıq və İqlim üzrə Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədə "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev və Dayanıqlılıq və İqlim üzrə Mərkəzin təsisçi direktoru, professor Məhəmməd Nurunnabi imza atıblar.

"Report" İA ilə Səudiyyə Ərəbistanının Dayanıqlılıq və İqlim üzrə Mərkəzi əməkdaşlığı genişləndirir

"Report" İA ilə Səudiyyə Ərəbistanının Dayanıqlılıq və İqlim üzrə Mərkəzi əməkdaşlığı genişləndirir

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Noyabr 2024 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri