Icma.az
close
up
RU
Rəqabətdə uduzan Bəhlul Mustafazadə Qurban Qurbanovun seçimi daha ondan yana deyil

Rəqabətdə uduzan Bəhlul Mustafazadə Qurban Qurbanovun seçimi daha ondan yana deyil

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

Düz 12 il əvvəl "Qarabağ"a transfer olunan Bədavi Hüseynov gəldiyi ilk vaxtlarda Qurban Qurbanovun tələblərinə uyğunlaşmaqda çətinlik çəkirdi. O zamanlar müdafiənin mərkəzində Rəşad Sadıqovla Admir Teli yer alırdı. Bədavi isə ya heyətə düşmürdü, oynamaq şansı qazananda da ümidləri doğrultmurdu. 

Zamanla Bədavi Hüseynov "Qarabağ"a alışdı, Rəşad Sadıqovla yanaşı oynamaqla heyətdəki yerini də bərkitdi. İndi elə yaşa çatıb ki, karyerasının son illərini keçirir. Bəhlul Mustafazadənin gəlişindən sonra daha çox Medina-Bəhlul cütlüyünün ehtiyat qüvvəsi rolunu oynayır. 

Lakin son avrokubok matçlarında görürük ki, Qurban Qurbanov əsas heyətdə Bəhlul Mustafazadəyə yox, Bədavi Hüseynova güvənməyə başlayıb. "Ayaks"la oyunda da belə olmuşdu, "Bodo-Qlimt"lə görüşdə də.

Bu da səbəbsiz deyil. "Qarabağ" cari mövsüm müdafiədə çoxlu xətalara yol verir. Xüsusilə, Bəhlulun mövqe səhvləri ilə müşahidə olunan "Malmö" oyunundan sonra Qurban Qurbanov avrokuboklarda onu ehtiyatda otuzdurur. 

Nə qədər qəribə səslənsə də, 33 yaşlı Bədavi Hüseynov indiki durumda müdafiədə Bəhluldan daha etibarlı təsir bağışlayır. Medinanın uzun müddətdən sonra yaxşı forma yığması da Bədaviyə kömək olur. 

Bir tərəfdən baxanda, futbolda enişlər qaçılmazdır. Amma digər tərəfdən Bəhlul Mustafazadə ölkənin ən yaxşı futbolçularından hesab olunur. Yaşı artıq 26-nı haqlasa da, hələ də xaricə çıxacağına dair ümidlər var. Son zamanlar Qurban Qurbanovun seçiminin ondan yana olmaması Bəhlul üçün siqnaldır. Bu barədə düşünməli, geriləmənin səbəblərini müəyyənləşdirməli, üzərində çalışmalıdır. 

Həmid

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sportal.az
archiveBu xəbər 12 Noyabr 2024 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri