Icma.az
close
up
RU
Menu

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Temu adı ilə dələduzluq

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Yuxuda boşqab görmək nə deməkdir?

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

Mayın 21 i Beynəlxalq Çay Günüdür

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

Rəqabəti qorumaq lazımdı!

Rəqabəti qorumaq lazımdı!

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Bazar ertəsi AFFA İcraiyyə Komitəsi, demək olar ki hamının ikiəlli razı olduğu qərarı qəbul etməklə yaxşı iş gördü. Axır ki mütəxəssislərin və azarkeşlərin çoxdan arzuladığı, faydalı olacağını düşündüyü addım atıldı: növbəti mövsümdən premyer-liqada 12 komanda olacaq.

İndi əsas məsələ premyer-liqadan 1-ci liqaya yuvarlanacaq, 1-ci liqadan premyer-liqaya yüksələcək komandaların adına hansı yolla aydınlıq gələcəyidi. Bununla bağlı maraqlı variantlar ortaya atılıb. Bəziləri düşünür ki, mövsümün sonunda idman prinsipinə əməl olunmayacaq. Ən çox müzakirə edilən variant budu: 1-ci liqada mövsümü ilk iki pillədə bitirənlər premyer-liqaya yüksələcək, 3-cü yeri tutan elitanın sonuncusu ilə pley-off oyunu keçirəcək. İkinci və istənilən cəhətdən ən uyğun varian isə premyer-liqanın sonuncusunun 1-ci liqaya yuvarlanması, aşağı liqanı ilk “üçlük”də bitirənlərin elita klublarının sırasına qoşulmasıdı.
Hadisələrin mümkün axarı ilə bağlı AFFA rəhbərliyi tərəfindən ilk açıqlamalar verilib. Dəqiq desək, icraçı vitse-prezident Sərxan Hacıyev fevralın 4-də “CBC Sport”un “Bizim futbol” verilişində belə deyib:

“Nəzərdə tutulub ki, qarşıdakı iki-üç həftə ərzində AFFA İcraiyyə Komitəsinin iclası keçirilsin və hazırkı duruma görə qərar qəbul olunsun. 1-ci liqadan premyer-liqaya neçə komandanın gələcəyi, premyer-liqadan 1-ci liqaya komandaların hansı formatda gedəcəyi müəyyənləşsin. İdman prinsiplərinə gəlincə, hazırkı nizamnaməyə görə, premyer-liqada sonuncu yeri tutan komanda çempionatı tərk etməlidi. Lakin müxtəlif illərdə fərqli yanaşmalar olub. Reallıq nəzərə alınaraq AFFA İcraiyyə Komitəsi tərəfindən müəyyən qərarlar qəbul edilə bilər. İstənilən halda düşünürəm ki, sonuncu yeri tutan komanda ya pley-off oynamalı, ya da premyer-liqanı tərk etməlidi. Sonuncu komandanın premyer-liqada qalması bəlkə də məqsədəuyğun olmazdı. Rəqabəti qorumaq lazımdı”.


Bəylər, söhbət hansı reallıqdan gedir ki, ortaya pley-off ehtimalı çıxır? Əksinə, futbolumuzun durumu pley-off mövzusunu, ümumiyyətlə, açmamağın lazım olduğunu göstərir. Heç kim deməsin ki, 1-ci liqada premyer-liqaya yüksələcək üç səviyyəli klub yoxdu. Buna ənənəvi “Moskva birdən qurulmayıb” ifadəsiylə də cavab vermək olar. Amma bəzi detalları mütləq qeyd etməliyik.
1-ci liqada “Qəbələ”, “İmişli” və “Karvan” kimi iddialılar var. Elə ilk “üçlük”də də həmin komandalar qərarlaşıb. Bu yaxınlarda “İmişli” öz hesabına stadionda təmir işləri gördü, ot örtüyünü dəyişdi. “Karvan”ın ən müasir tələblərə cavab verən yeni bazası fevralın sonlarında istifadəyə veriləcək. Yevlaxlılar bu ilin yayında ot örtüyü ilə bağlı da işlər görəcək. Hələ bu komandaların ciddi azarkeş kütləsinə sahib olduğunu da unutmamalıyıq. İmişli və Yevlax təmsilçilərinin premyer-liqaya gəlməsi minlərlə azarkeşin çempionata rəng qatması deməkdi. “Qəbələ” ilə bağlı ətraflı danışmağa ehtiyac varmı? Məncə, üç klubun varlığıyla bağlı razılığa gəldik. O başqa məsələ ki, bu komandalar sona qədər mövqeyini qorumalıdı.
İndi idman prinsipindən danışmağın vaxtıdı. Premyer-liqa təmsilçiləriylə 1-ci liqa iştirakçıları arasında səviyyə fərqindən hər kəs xəbərdardı. Bunun üçün uzağa getməyə ehtiyac yoxdu. Təkcə ölkə kubokunun cari mövsümündə keçirilən matçlara nəzər salmaq lazımdı. Həmin oyunlarda elita klublarının böyükhesablı qələbələr qazandığını bilirsiz. Ümumiyyətlə, 1-ci liqa komandasının premyer-liqa klubuyla belə gərgin mübarizədən qalib ayrılması üçün möcüzə, insanüstü qəhrəmanlıq lazımdı. Daha təcrübəli baş məşqçi və futbolçulara malik olan komandanın 1-ci liqa klubuna uduzması isə sadəcə, fiasko sayıla bilər.
Qısası, qalib əvvəldən bəlli olacaq. Belədə oyuna nə ehtiyac var? Bu, idman prinsipini pozmaq deyilsə, nədi? Özü də söhbət təkcə futbolun ruhunun qorunmasından yox, həm də kağız üzərində qeyd olunanlardan gedir: sonuncu pillədə qərarlaşan komanda premyer-liqanı tərk edəcək! Etməlidi! Bitdi! Bu qədər... Bunu hansısa reallıq dəyişdirməməlidi. Hacıyevin də dediyi kimi, rəqabəti qorumaq lazımdı. 2025/26 “futbol ili”ndə legioner limitinin “8+3” formatıyla tənzimlənəcəyini desə də qərarını heçə sayan İK üzvləri bu dəfə də Əsasnaməni tapdalayacaq?
KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Fevral 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see268

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see237

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see213

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see185

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see185

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see181

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see181

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see178

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see177

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

21 May 2026 16:43see177

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see171

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see169

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see168

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see167

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see165

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see159

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see157

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

20 May 2026 21:47see156

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see147

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri