Icma.az
close
up
RU
Rəqəmsal transformasiya strategiyası dayanıqlı inkişafı təmin edəcək

Rəqəmsal transformasiya strategiyası dayanıqlı inkişafı təmin edəcək

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müasir dövrdə dövlət idarəçiliyindən sənaye istehsalına, maliyyə sektorundan təhsilə qədər bütün sahələrdə rəqəmsal həllərin tətbiqi mühüm zəruri amilə çevrilib. Təcrübələr göstərir ki, rəqəmsal transformasiyalar iqtisadi səmərəliliyi artırır, idarəetmə çevikliyini gücləndirir. Süni intellekt, böyük verilənlər və data mərkəzləri ölkələrin milli təhlükəsizlik sistemində, sosial siyasətində və iqtisadi planlaşdırmasında mühüm rol oynayır. Bu xüsusda, tam əminliklə deyə bilərik ki, müasir dövrdə rəqəmsallaşma dövlətin institusional gücünün əsas göstəricilərindən birinə çevrilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə son illər ərzində ölkəmizdə rəqəmsal transformasiya istiqamətində ardıcıl addımlar atılır. Elektron hökumət sistemlərinin geniş tətbiqi, rəqəmsal xidmət platformalarının yaradılması və dövlət idarəçiliyində texnoloji həllərin genişləndirilməsi və bu istiqamətdə görülmüş digər mühüm işlər xüsusi vurğulanmalıdır.

Xüsusilə Azərbaycanda gənclərin rəqəmsal texnologiyalar və süni intellekt sahəsinə cəlb olunması üzrə son illərdə sistemli tədbirlər həyata keçirilir. Ali təhsil müəssisələrində informasiya texnologiyaları, kompüter elmləri və data analitikası üzrə ixtisasların genişləndirilməsi, texnoparkların yaradılması bu sahəyə marağı artırıb. Misal olaraq qeyd etmək istərdim ki, dövlət dəstəyi ilə fəaliyyət göstərən innovasiya mərkəzləri gənclərin texnoloji təşəbbüslərinin dəstəklənməsinə, müxtəlif hakatonlar və proqramlaşdırma müsabiqələri isə praktiki bacarıqların formalaşmasına xidmət edir. Eyni zamanda xaricdə təhsil proqramları çərçivəsində informasiya texnologiyaları və süni intellekt ixtisasları üzrə kadr hazırlığına xüsusi diqqət ayrılır. Orta məktəblərdə STEAM əsaslı tədris modelinin tətbiqi isə bu sahədə ixtisaslaşacaq gənc nəslin formalaşmasına əsaslı zəmin yaradır.

Bir neçə gün öncə Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi dövlətin bu sahəyə diqqətinin bariz təzahürüdür. Dövlətimizin başçısı müşavirədə müvafiq dövlət qurumlarının qarşısında bu istiqamətdə mühüm vəzifələr qoydu. Prezident İlham Əliyevin dövlət xidmətlərinin vahid mərkəzdən - “mygov” üzərindən həyata keçirilməsi ilə bağlı tapşırığı dövlət-vətəndaş münasibətlərində yeni mərhələnin başlanğıcı olacaq. Eyni zamanda vahid platforma üzərindən təqdim edilən xidmətlər məlumat təhlükəsizliyinin daha səmərəli qorunmasına və proseslərin ardıcıl icrasına nəzarətin daha da gücləndirilməsinə şərait yaradacaq.

Beləliklə, möhtərəm Prezidentimizin rəhbərliyi ilə bu sahədə müəyyənləşdirilmiş rəqəmsal transformasiya strategiyası Azərbaycanın qlobal rəqəmsal iqtisadiyyatda mövqelərini daha da möhkəmləndirməklə uzunmüddətli dayanıqlı inkişafını təmin edəcək.

Şahin İsmayılov

Milli Məclisin Gənclər və idman komitəsinin sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Fevral 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri