Icma.az
close
up
RU
Rəqəmsal iqtisadiyyatın genişləndirilməsi ŞƏRH

Rəqəmsal iqtisadiyyatın genişləndirilməsi ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir dünyada dövlətlərin gücü həm də rəqəmsal infrastrukturun səviyyəsi və innovasiya potensialı ilə müəyyən olunur. Bu baxımdan “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na ölkənin uzunmüddətli inkişaf strategiyası kimi baxa bilərik. Plan dövlət idarəçiliyinin modernləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və texnoloji infrastrukturun yenilənməsini hədəfləyir. Fəaliyyət planına həsr olunmuş müşavirədə cənab Prezidentin də söylədiyi kimi, “bizim bir çox üstünlüklərimiz var. Onlardan biri bizim coğrafi vəziyyətimizdir”. Yəni, Asiya ilə Avropa arasında, Şimal-Cənub dəhlizi üzərində yerləşməsi və yaradılmış mövcud infrastruktur Azərbaycanın üstünlüyünü təmin edir. Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ölkəmizin ortamüddətli dövrdə əsas strateji hədəflərindən biri olan rəqəmsal inkişafa çatmaq üçün yeni prioritetləri müəyyənləşdirmək, bu istiqamətdə dövlət qururmlarının fəaliyyətinin koordinasiyası və zəruri tədbirlərin icrasını tezləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Müşavirədə diqqətə çatdırılan əsas məqamlar da məhz rəqəmsal inkişafla bağlı olan məsələlərin vaxt itirmədən icrasını nəzərdə tuturdu. Çünki gələcək inkişafın əsas atributu texnoloji və rəqəmsal inkişafdır.

Burada iqtisadi baxımdan strateji üstünlüklərə nəzər salsaq, enerji asılılığının azaldılması və qeyri-neft sektorunun inkişafını qeyd edə bilərik. Belə ki, rəqəmsal iqtisadiyyatın genişlənməsi ilk növbədə bu məqsədə çatmaq üçün effektiv vasitə hesab olunur. Enerji təhlükəsizliyi – daxili sabitliyin əsas dayağı iqtisadi dayanıqlılıq – davamlı gəlir mənbəyi geosiyasi əhəmiyyət – regional və qlobal rolun güclənməsi strateji manevr imkanları – uzunmüddətli planlaşdırma azadlığı enerji resurslarına sahib olmaq bir üstünlükdür, lakin bu resursları səmərəli şəkildə idarə etmək və gələcək inkişaf üçün alətə çevirmək daha böyük strateji uğurdur.

Enerji Təhlükəsizliyi və Azərbaycanın Dayanıqlı İnkişaf Modeli
Müasir dünya siyasətində və iqtisadiyyatında enerji faktoru hələ də dövlətlərin strateji gücünü müəyyən edən əsas elementlərdən biri olaraq qalır. Qlobal miqyasda baş verən geosiyasi proseslər, enerji bazarlarında dalğalanmalar və resurslara çıxış uğrunda artan rəqabət göstərir ki, enerji təhlükəsizliyi artıq yalnız iqtisadi məsələ deyil, milli təhlükəsizlik məsələsidir. Bu kontekstdə Azərbaycanın mövqeyi xüsusi diqqətə layiqdir. Prezident İlham Əliyevin son müşavirələrində vurğulandığı kimi, bugün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edən, beynəlxalq bazarlara ixrac edən güclü enerji dövlətidir.
Enerji müstəqilliyi hər bir dövlət üçün fundamental əhəmiyyət daşıyır. Xarici mənbələrdən asılılıq iqtisadi risklər yaratmaqla yanaşı, siyasi və geosiyasi təzyiqlərə də zəmin yarada bilər.
Azərbaycan isə: Daxili enerji tələbatını tam ödəyən enerji ixrac edən regional enerji layihələrinin aparıcı iştirakçısı olan ölkə kimi möhkəm və dayanıqlı model formalaşdırıb.
Bu reallıq dövlətə uzunmüddətli planlaşdırma, iqtisadi sabitlik və strateji manevr imkanları qazandırır. Data mərkəzləri, rəqəmsallaşma, süni intellekt və bu sahədəki Amerika şirkətləri ilə sıx əlaqələr artıq qurulub. Cənab Prezident bu əlaqələri də Azərbaycanın əsas üstünlüklərindən biri kimi dəyərləndirdi. Plan dövlət idarəçiliyində effektivliyin və şəffaflığın artırılmasına birbaşa təsir edəcək. Burada çeviklik ön plandadır. Belə ki, vahid rəqəmsal platformalar üzərindən məlumat mübadiləsi qərarvermə prosesini sürətləndirir və insan faktorundan qaynaqlanan riskləri azaldır. Milli məlumatların qorunması və kibertəhlükəsizliyin gücləndirilməsi prioritetə çevrilir. Təsadüfi deyil ki, cənab Prezident müşavirədə qeyd etdi ki, “kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir”. Çünki bu sahə də kritik sahələrdən biridir. Azərbaycan qlobal trendlərin əsasında rəqəmsal intibaha keçid üçün bütün səylərini səfərbər etməyi nəzərdə tutur və strateji baxış buna fokuslanıb. Beynəlxalq təcrübə göstərir ki, uğurlu rəqəmsal iqtisadiyyat strategiyası dövlət, biznes və cəmiyyətin birgə fəaliyyətini nəzərdə tutan vahid yanaşmaya əsaslanmalıdır. Azərbaycan bu xüsusiyyətlərin fonunda özünün rəqəmsal arxitekturasını qurmağı əsas hədəf kimi müəyyənləşdirib.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Fevral 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see549

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see198

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see180

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see179

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see170

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see169

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see165

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see165

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see164

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see164

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see162

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see162

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see161

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see160

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see159

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see159

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see159

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see159

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see159

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri